Mektebgushesi.az portalının “hansı kollecdə tədris və idarəetmə sizi qane edir” sorğusuda Kollecimiz III yerə layiq görüldü

4 iyun 2018–ci il tarixində Lənkəran Dövlət Humanitar Kollecində mektebgushesi.az portalının rəhbərliyi və ekspertləri ilə kollecin tələbə və müəllimlərinin görüşü keçirildi. Görüşdə Təhsil üzrə ekspert Nadir İsrafilov, Media üzrə ekspert Nəzirməmməd Zöhrablı, Mektebgushesi.az portalının təsisçisi və baş redaktoru Məzahir Məmmədli, mektebgushesi.az portalının əməkdaşı Bahadur Məmmədli iştirak edirdilər.  Görüşün əsas məqsədi  20 aprel 2018 – 30 may 2018-ci il tarixlərini əhatə edən, 37 kollec arasında 40 gün davam edən Mektebgushesi.az portalının “hansı kollecdə tədris və idarəetmə sizi qane edir” sorğusunun əhəmiyyətini müzakirə etmək və sorğunun nəticələrini elan etmək idi. Tədbiri giriş sözü ilə kollecin direktoru dosent Ruslan Həmidov açaraq qonaqları təqdim edərək salamladı. Çıxış üçün söz mektebgushesi.az portalının təsisçisi və baş redaktoru Məzahir Məmmədliyə verildi. Məzahir müəllim portalda Respublika üzrə 37 kollec arasında keçirilən “Hansı kollecdə təhsil və idarəetmə sizi qane edir” nominasiyalı sorğuda Lənkəran Dövlət Humanitar Kollecinin III yer tutduğuna görə kollecin bütün tələbə və müəllimlərini təbik edərək kollecin direktoru Ruslan Həmidovu fəxri fərmanla təltif etdi. Daha sonra söz təhsil üzrə ekspert Nadir İsrafilova verildi. Nadir müəllim Ölkə başçısının təhsil sahəsində paytaxtla yanaşı regionlarada xüsusi diqqət ayırmasından, eləcə də Lənkəran Dövlət Humanitar Kollecində aparılan təhsil siyasətindən danışdı. Media üzrə ekspert Nəzirməmməd Zöhrablı çıxış edərək bölgələrdə gedən sürətli və dinamik inkişafdan söz açdı. Kollecin tələbələri adından TGT–nın sədr müavini Sümarə Bağırzadə çıxış edərək sorğunun təşkilinə və 3–cü yerə layiq görüldüyü üçün  kollecimizin fəxri fərmanla təltif edildiyinə görə Mektebgushesi.az internet portalının rəhbərliyinə və gələn qonaqlara öz dərin minnətdarlıq və təşəkkürünü bildirdi.