Lənkəran Dövlət Humanitar Kollecidə ağacəkmə kompaniyasına qoşuldu

Lənkəran Dövlət Humanitar Kollecidə ağacəkmə kompaniyasına qoşuldu

Klassik Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə lənkəranlılar da böyük həvəslə qoşulublar. Bununla əlaqədar rayonda öncədən qərargah yaradılıb, tədbirlər planı təsdiq edilib və ağac əkiləcək yerlər müəyyənləşdirilib. Şəhərin Heydər Əliyev prospektində Xəzər dənizi sahili boyunca və Bakı-Astara magistral yolunun Lənkəran rayonundan keçən hissəsində müxtəlif növ həmişəyaşıl ağacların əkilməsi planlaşdırılıb. Ağacların əkiləcəyi ərazilərdə hamarlama işləri aparılıb, çalalar qazılıb, arxlar çəkilib və sahələr əkinə tam hazırlanıb. Dekabrın 6-da isə rayonda ağacəkmə kampaniyası keçirilib. Aksiyada Lənkəran Dövlət Humanitar Kollecinin müəllim və tələbələri də iştirak edib. Ümumilikdə 500 nəfərdən çox sakinin iştirakı ilə keçirilən kompaniya çərçivəsində şəhərin ayrı-ayrı ərazilərində bir gündə 2 min müxtəlif növ ağaclar əkilib. Bu təşəbbüs həm də ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması baxımından müsbət qiymətləndirilir. Həmişə yaşıl, Şam və meyvə tipli ağaclar əkilib. Bu xeyirxah təşəbbüsə hamılıqla səfərbər olunmağımız çox qürurvericidir. Hesab edirəm ki, bu, miqyas etibarilə çox böyük aksiyadır. Azərbaycanın bir çox kəndlərində, qəsəbələrində insanlar böyük coşquyla yaşıllıq zolağının salınmasına, ağacların əkilməsinə dəstək vererək kampaniyaya qoşulublar. Əkilən ağaclar Azərbaycanın ekoloji şəraitini yaxşılaşdıracaq. Bir neçə ildən sonra bu ağaclar böyüyəcək və yaşıllıq zolaqları daha da artacaq. Beləliklə, Azərbaycan təbiətinin yaxşılaşmasına böyük köməklik göstərmiş olacaq. Bütövlükdə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında böyük quruculuq, abadlıq işləri həyata keçirilir. Əhalinin yaşaması üçün rahat əlverişli şərait yaradılır. Vacib komponentlərdən biri də insanların yaxşı ekoloji mühitdə, təmiz hava şəraitində yaşamasının təmin edilməsidir. Yaşıl Azərbaycan naminə belə kütləvi aksiyalar bundan sonra da davam etdirilməsi təqdirə layiqdir.

Sumarə Bağırzadə

Kollecin IV kurs tələbəsi, TGT sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir