Lənkəran Dövlət Humanitar Kollecində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş xüsusi mühazirə keçirildi

Lənkəran Dövlət Humanitar Kollecində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş xüsusi mühazirə keçirildi

12 dekabr 2019-cu il tarixində Lənkəran Dövlət Humanitar Kollecinin “Tarix və ictimai elmlər” FBK-nın müəllimi Nadir Axundovun “Muzey işi və abidələrin mühafizəsi” ixtisasının III kurs tələbələrinə açıq dərsi keçirildi. Dərs Ulu öndərin anım gününə təsadüf edirdi. Açıq dərsdə aktiv tələbələrdən A.Məmmədova, S.Möhsümova, A.Nağıyeva, Ə.Məhərrəmova, M.Zamanlı, Q.Muradova fərqləndilər.

Kollecdə anım günü ilə bağlı tədbirlər planı təsdiq edilmişdir. Bugün Kollecdə ilk dərslər Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuşdu. Xüsusi mühazirədə Kollecin direktoru dos. R.Həmidov, direktor müavini Ü.Rzayeva, Pedaqoji şöbə müdiri B.Rüstəmov, tədris hissəsinin müdiri İ.Əyyubova, FBK sədri Q.Şükürova, G.Abdullayeva, müəllimlər t.ü.f.d. C.Quliyev, E.Şükürova, sayt üzrə mütəxəssis A.Axundzadə iştirak edirdilər.

Sumarə Bağırzadə

Kollecin IV kurs tələbəsi, TGT sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir