ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN anadan olmasının 93-cü il dönümünün kollecdə yüksək səviyyədə qeyd olunması ilə əlaqədar tədbirlər planı təsdiq edilmişdir

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN anadan olmasının 93-cü il dönümünün kollecdə yüksək səviyyədə qeyd olunması ilə əlaqədar tədbirlər planı təsdiq edilmişdir

Lənkəran Dövlət Humanitar Kollecində Azərbaycan xalqının ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİN anadan olmasının 93-cü il dönümünün yüksək səviyyədə qeyd olunması ilə əlaqədar tədbirlər planı təsdiq edildi. Bu barədə verilən əmrlə tərbiyyə işləru üzrə direktor müavini Ülviyyə Rzayeva, İnzibati-təsərrüfat işləri üzrə direktor müavini Mahmud Məmmədova və tədbirlər planında icraya məsul şəxslərə tapşırıldı ki, nəzərdə tutulan bütün tədbirləri vaxtında və yüksək səviyyədə həyata keçirilməsini təmin etsinlər.

Lənkəran Dövlət Humanitar Kollecinin tədbirlər planına əsasən kollecin foyesində ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİN anadan olmasının 93-cü il dönümünə  həsr edilmiş tələbələrin əl işlərindən və çəkdikləri rəsm əsərlərindən ibarət sərgi təşkil edildi. Kollecdə tələbələr arasında ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN həyat və fəaliyyətinə həsr edilmiş inşa-yazı müsabiqəsinin keçirilməsinə də artıq 02 may tarixindən start verildi. Tədbirlər planınnın növbəti bəndinə əsasən 06 may 20016-cı il tarixində Kollecdə ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN həyat və fəaliyyətinə həsr edilmiş tədbirin keçirilməsi nəzərdə tutulub və bununla əlaqədar hazırlıq işlərinə başlanılıb. 10 may 2016-cı il tarixində kollecdə ilk dərsin Azərbaycan Xalqının ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİN həyat və fəaliyyətinə həsr edilməsi tədbirlər planının növbəti bəndində əksuni tapır. Kollecin internet səhifəsində (www.ldhk.edu.az) ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN həyat və fəaliyyətini əks etdirən foto və video materiallar yerləşdirməkda tədbirlər planında sayta məsul şəxsə tapşırılıb. Ulu Öndərin 93-cü il dönümünə  həsr edilmiş tədbirlər sırasında 500-ə yaxın gül kollarının, çiçəklərin və ağacların əkilməsi xüsusi yer alır.

 

 

40

41

42

 

Bir cavab yazın