Lənkəran Dövlət Humanitar Kollecində QİÇS – dən vəfat edənlərin beynəlxaql anım gününə həsr olunmuş tədbir keçirildi

Lənkəran Dövlət Humanitar Kollecində QİÇS – dən vəfat edənlərin beynəlxaql anım gününə həsr olunmuş tədbir keçirildi

12.05.2016 ci ildə Lənkəran Dövlət Humanitar Kollecində QİÇS – dən vəfat edənlərin beynəlxaql anım gününə həsr olunmuş tədbir keçirildi.

Tədbir QİÇS – dən vəfat edənlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. İk olaraq çıxış edən Telman Məhərrəmov  Ümumdünya QİÇS-lə mübarizə günü barədə geniş məlumat verdi: “XXI əsrdə bəşəriyyətin qarşılaşdığı ən böyük bəlalardan biri də QİÇS problemidir.

Ölkəmizdə bu xəstəliklə mübarizə tempi günü-gündən artmaqdadır. Azərbaycan QİÇS-lə mübarizə üçün bütün vasitələrdən istifadə edərək təbliğat fəaliyyətini gücləndirir. Əhali, o cümlədən cəmiyyətin gələcəyi hesab olunan tələbələr arasında maarifləndirmə tədbirləri həyata keçirilir.

Xüsusilə gənclər birlikləri bu mübarizədə səylərini birləşdirməyə çalışır. Əsas məqsəd insanları maarifləndirmək yolu ilə daha çox real həyata bağlamaq, dağılan və dağıdılan deyil, gözəlləşən dünyanın yanında görmək, yaşamaq və yaratmaq həvəsini, eşqini gücləndirməkdir. Fikrimcə, bu yolda hər bir vətəndaş dövlətin, dövlət isə öz vətəndaşının yanında olmalıdır. Bu onun xəstə və ya sağlam olmasından asılı deyil”, -deyə Respublika QİÇS – lə Mübarizə mərkəzinin həkimi çıxışında bildirdi.

Daha sonra Lənkəran regional labaratoriyasının müdiri Rəhiməli İbişov çıxış edərək tələbələrə QİÇS və onunla mübarizə üsulları barədə danışıb. LDHK-nın aktiv tələbələri həkimlərə öz suallarını verdilər.

31

323330

 

Bir cavab yazın