Valideynlərlə görüş keçirildi

Valideynlərlə görüş keçirildi

15 sentyabr 2016-cı il tarixində Lənkəran Dövlət Humanitar Kollecinin akt zalında cari tədris ilində kollecə qəbul olunmuş tələbələrin valideynləri ilə kollec rəhbərliyinin artıq ənənə halını almış görüşü keçirildi. Görüşü giriş sözü ilə kollecin direktoru Ruslan Həmidov açaraq   valideynləri övladlarının tələbə adı qazanması münasibətilə bir daha təbrik edərək kollecin tarixi, strukturu,  auditoriya fondu, kitabxanası, texniki təchizatı, pedaqoji heyəti və s. haqqında valideynlərə ətraflı məlumat verdi. Direktor respublikanın bütün orta ixtisas təhsil müəssisələrində olduğu kimi kollecdə də aparılan təhsil islahatlarından, innovativ metodların tətbiqindən,  tədris prosesinin forma və metodlarından və artıq üçünçü ildir tətbiq olunan kredit sisteminin qaydalarından danışaraq valideynləri kollecdə aparılan tədris prosesi ilə tanış etdi. Övladlarının bizə etimad göstərərək Lənkəran Dövlət Humanitar Kollecini seçmələrinin pedaqoji həyətimiz üçün böyük məsuliyyət olduğunu bildirərək  bu etimadı döğruldacaqlarına söz verdi və valideynləri əmin etdi ki, bu istiqamətdə var qüvvələrini əsirgəməyəcək və sevə-sevə çalışacaqlar. Sonra çıxış edən kollecin Tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Rzayeva onların etimadını doğrultmağa çalışacaqlarını qeyd edərək bu işdə valideynlərin də öhtəsinə düşən məsələlərdən, kollecə kömək etmələrindən danışdı.

Sonda valideynləri maraqlandıran suallar rəhbərlik tərəfindən cavablandırıldı.

dsc_0196 dsc_0202 dsc_0205dsc_0223 dsc_0213 dsc_0214dsc_0219

 

Bir cavab yazın