Qara Qarayevin 100-illiyinə həsr olunmuş musiqi gecəsi keçirildi

Qara Qarayevin 100-illiyinə həsr olunmuş musiqi gecəsi keçirildi

24.04.2018-ci il tarixində Lənkəran Dövlət Universitetinin böyük akt zalında görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illiyinə həsr olunmuş musiqi gecəsi keçirldi. Lənkəran Dövlət Humanitar Kolleci ilə birgə keçirilən tədbiri Universitetin rektoru vəzifəsini icra edən, professor Natiq İbrahimov açdı. Ölkə başçısı möhtərəm  İlham Əliyevin görkəmli bəstəkar haqqında dediyi ”Zəmanəmizin görkəmli sənətkarının fəlsəfi məna və umumbəşəri duyğuların zənginliyi ilə səciyyələnən böyük irsi müəllifinə böyük şöhrət gətirməklə yanaşı, Azərbaycan professional musiqisinin beynəlxalq aləmdə tanınmasında xüsusi əhəmiyyət kəsb etmişdir” sözlərini xatırladan professor Natiq İbrahimov dünya şöhrətli bəstəkarın zəngin və təkrarsız irsi barədə geniş söz açdı, Qara Qarayev musiqisinin heç vaxt dəyərdən düşmədiyini, bütün dünyada klassik musiqi həvəskarlarını valeh etdiyini bildirdi. Lənkəran Humanitar Kollecinin direktoru, dosent Ruslan Həmidov, kollecin “Musiqi və təsviri incəsənət” şöbəsinin müdiri Fikrət Kərimli çıxışlarında dahi bəstəkarın yaradıcılığının təkrarsız gözəlliyindən, zəngin irsindən, fəal vətəndaş mövqeyindən danışdılar. Sonra Kollecin “Musiqi nəzəriyyəsi və xor dirijorluğu FBK-nın sədri Zəminə Əliyevanın Bəstəkarın həyat yolu və zəngin yaradıcılığından bəhs edən video təqdimatla ətraflı məruzəsi dinlənildi və tədbir canlı musiqiylə davam etdirildi. Lənkəran Dövlət Humanitar Kollecinin müəllim və tələbələrinin ifasında Qara Qarayevin “İldırımlı yollarla”, Yeddi gözəl” baletlərindən fraqmentlər, musiqi əsərlərindən parçalar, mahnılar ifa olundu. Musiqi gecəsi tələbələrdən ibarət xor kollektivinin ifasında vətənpərvərlik mövzusunda mahnı ilə yekunlaşdı.

                     

Bir cavab yazın