“Gənclərin vətənpərvərlik tərbiyəsində milli-mənəvi dəyərlərin rolu” mövzusunda onlayn zona tədbiri keçirildi.

“Gənclərin vətənpərvərlik tərbiyəsində milli-mənəvi dəyərlərin rolu” mövzusunda onlayn zona tədbiri keçirildi.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən aprel-iyun aylarında “Gənclərin vətənpərvərlik tərbiyəsində milli-mənəvi dəyərlərin rolu” mövzusunda respublikanın rayon və şəhərlərinin gənclərinin iştirakı ilə onlayn tədbir keçirildi. 02 iyun 2021-ci il tarixində Lənkəran-Astara iqtisadi zonasına daxil olan 6 rayon və şəhərin gənclərinin iştirakı ilə keçirildi.

Tədbirdə Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İntiqam Babayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdirinin müavini Rəhim Rəhimli, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorun müavini Ceyhun Əliyev, LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Rzayeva, Kollecin TGT üzvləri və Lənkəran-Astara iqtisadi zonasına daxil olan rayon və şəhərlərin gəncləri iştirak edirdilər. Tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılmışdır.

                                                                    

                                                                                                Aygün Axundzadə

                                                                                               İKT üzrə mühəndis

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir