Kollecdə 15 iyun Milli Qurtuluş Günü – “Azərbaycanın taleyini dəyişən zəfər tarixi” adlı açıq dərs keçirildi

Kollecdə 15 iyun Milli Qurtuluş Günü – “Azərbaycanın taleyini dəyişən zəfər tarixi” adlı açıq dərs keçirildi

14 iyun 2021-ci il tarixində LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə  Milli Qurtuluş gününə həsr edilmiş  açıq dərs keçirildi. “Azərbaycan tarixi” fənninin mühazirəsində baş tutan açıq dərsi “Tarix və ictimai elmlər” FBK-nın sədri Günel Abdullayeva açaraq giriş üçün sözü Kollecin direktoru dosent Ruslan Həmidova verdi. Direktor çıxış edərək bildirdi ki, XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Beləliklə, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən ovaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi.Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.

Məruzə ətrafında FBK sədri Günel Abdullayeva, tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Rzayeva, ictimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi, t.ü.f.d. Cəmil Quliyev, şöbə müdiri Dəyanət Əskərov və II kurs tələbəsi Aysu Şirinzadə öz çıxışlarında qeyd etdilər ki, ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçmişdir. Ölkəmizin inkişaf strategiyası məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.

 

Günel Abdullayeva

“Tarix və ictimai elmlər” FBK-nın sədri

 

 

 

Bir cavab yazın