LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecin I kurs tələbəsi LDU–da keçirilən olimpiada da III yerə layiq görüldü.

LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecin I kurs tələbəsi LDU–da keçirilən olimpiada da III yerə layiq görüldü.

25 iyun  2021–ci il tarixində Lənkəran Dövlət Universitetində onlayn qaydada keçirilmiş olimpiada qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. 26 mart 2021–ci il tarixdə LDU–da keçiriləm riyaziyyat, fizika, kimya, informatika, biologiya və coğrafiya fənləri üzrə “Zona fənn olimpiadasında” 300–ə yaxın namizəd onlayn qaydada iştirak edib.

Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov olimpiada qaliblərini qazandıqları uğurlara görə təbrik edib və bu nailiyyəti elm yolunda onların ilk addımı kimi dəyərləndirib.Universitet rəsmisi bilik yarışmasına həvəslə qatılan və qalib olmağı bacaran yeniyetmələri LDU–nun tələbələri sırasında görmək arzusunuda olduğunu deyib. N.İbrahimov son illərdə tədrisin təşkili, elmi tədqiqatların aparılması, tələbələr üçün əlverişli dərs şəraitinin yaradılması istiqamətində görülən işlərdən söz açaraq bu xəttin davamlı olacağını bildirib. Rektor 44 gün davam edən və Azərbaycan Ordusunun Zəfəri ilə başa çatan müharibədə universitet məzunlarının, tələbələrinin, bütövlükdə Azərbaycan gəncliyinin fəal iştirakından da söz açıb. Bu müharibədə gəncliyin rolunu yüksək dəyərləndirən professor Natiq İbrahimov bildirib ki, azad edilmiş ərazilərin yenidən dirçəldilməsinə də gənclər öz töhfələrini verməlidirlər. “Yeni texnologiyaların yaradıcıları siz olmalısınız, onların tədbiqini siz həyata keçirməlisiniz. Ölkəmizin sabahı, elmi–texniki tərəqqisi sizdən asılıdır. Bu gün ölkəmizdə ixtisasını dərindən bilən mütəxxəssilərə, yaradıcı gənclərə böyük ehtiyac duyulur. Rektor olimpiada qaliblərinə və Kollecin “Kitabxana və informasiya təminatı” ixtisasının I kurs tələbəsi Ləman Quliyeva coğrafiya fənni üzrə III yerə layiq görüldüyü üçün universitetin diplom və qiymətli hədiyyələrini təqdim edib.

Sonda müəllimlər, sagirdlər və tələbələrlə xatirə şəkilləri çəkilib.

 

 

 

                                                                 Aygun Axundzadə

                        LDU-nun nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin   İKT üzrə mühəndisi

                                                                           

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir