Elan: ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!

2021/2022-ci tədris ili üçün “Lənkəran Dövlət Universiteti nəzdində Sosial və Aqrar-Texnoloji Kollec”-nin subbakalavriat səviyyəsinə qəbul olunmuş abituriyentlərin qeydiyyatı onlayn qaydada həyata keçirilir. Tələbə adını qazanmış şəxslər DİM tərəfindən müəyyən olunmuş müddətlər ərzində  portal.edu.az internet ünvanına daxil olaraq qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

Video təlimat:

https://edu.gov.az/az/news-and-updates/16815-1

    Ödənişli əsaslarla qəbul olanlar müvafiq ixtisas üzrə illik təhsil haqqının ən azı 50 (əlli) faizini ödəməlidir.

Ödəniş qaydaları: Abituriyent portal.edu.az internet ünvanından ilkin qeydiyyatdan keçdikdən sonra kollecin əməkdaşları portal üzrərindən daxil edilən ilkin sənədləri yoxlayıb abituriyenti ödəniş etməyə yönləndirir. Bu proses bitdikdə abituriyentin portal.edu.az internet ünvanında yaratdığı səhifədə “Ödəniş et” bölməsi görünür.

I.  Abituriyent bu bölməyə daxil olub “Kart” vasitəsi ilə ödəniş üsulunu seçərək istənilən bank kartı ilə tələb olunan illik təhsil haqqını onlayn qaydada ödəyə bilər.

II. Ödənişlər həmçinin Kapital Bankın ödəniş terminalları vasitəsi ilə də həyata keçirilə bilər.

Lənkəran Dövlət Universiteti nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin cari rekvizitləri:

Valyuta AZN
Benefisiarın Bankı KapitalBank Lənkəran filiali
Filialın kodu 200383
VÖEN 9900003611
SWIFT kod AIIBAZ2XXX
Müxbir hesab AZ37NABZ01350100000000001944
Benefisiarın adı LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİNİN NƏZDİNDƏ SOSİAL VƏ AQRAR- TEXNOLOJİ KOLLEC
Benefisiarın hesabı AZ39AIIB380900C9444951249138
Benefisiarın VÖEN-i 2600235651

 

Qeydiyyatdan keçən tələbələr tədris ili başlayanda aşağıdakı sənədləri kollecə şəxsən təqdim etməlidirlər:

  1. Şəxsiyyət vəsiqəsinin surəti (hər iki üzü);
  2. Əvvəlki təhsili barədə sənədin əsli (şəhadətnamə və ya attestat)
  3. Abituriyentin qəbul olunması barədə DİM-in saytındakı şəxsi səhifəsindən çıxarış
  4. 3×4 ölçüdə 4 (dörd) ədəd fotoşəkil
  5. Sağlamlıq haqqında tibbi arayış (kollecə təqdim etmək üçün)
  6. Oğlanlar üçün ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və ya hərbi biletin surəti (möhür olan bütün səhifələrin);
  7. İmtiyazlı tələbələrdən tələb olunan sənədlər (aşağıda imtiyazlı tələbələr üçün qeyd olunan sənədlərin əsli və surətləri);
  8. İpli qovluq

portal.edu.az internet ünvanından qeydiyyatdan keçərkən yaranmış çətinliklərlə bağlı əlaqə nömrələri:

     Maya Muradova                                                   İş: 025 255 27 09

                                                                           Mobil: (+994) 51 426 11 60

Təhsil haqları ilə bağlı hər növ əlavə məlumat üçün əlaqə nömrələri:

     Aysel Nəcəfli                                                            İş: 025 255 3059

                                                                          Mobil:  (+994) 50 730-54-50

İmtiyazlı abituriyentlər üçün əlaqə nömrələri:    

Cəmil Quliyev                                                              İş: 025 255 3059

                                                                           Mobil: (+994) 50 305-51-55

“AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU”na əsasən “Xüsusi güzəşt və

imtiyazları olan abituriyentlər” yuxarıda göstərilən sənədlərdən (İllik təhsil haqqı ödənişi istisna olmaqla) əlavə olaraq tələb olunan sənədlər:

İmtiyazlı abituriyentlər portal.edu.az internet ünvanında uyğun olduğu kateqoriyanı seçdikdən sonra həmin kateqoriya üzrə aşağıda göstərilmiş sənədləri portala daxil etməlidir. Həmçinin, dərslər əyani formada başladıqda imtiyazlı abituriyentlər qeydiyyat üçün portal.edu.az internet ünvanına daxil etdiyi sənədləri kollecin “Mühasibat ” şöbəsinə təqdim etməlidir.

    1.Abituriyentin doğum haqqında şəhadətnaməsinin notarial təsdiqli elektron surəti (bütün imtiyazlı kateqoriyalarda tələb olunur).

Əlavə olaraq,

  I. Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” 14 sentyabr 2011-ci il tarixli Sərəncamına əsasən məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşları illik təhsil haqqı ödənişindən azad edilirlər.

Tələb olunan sənədlər:

1.Abituriyentin cari ilin sonunadək qeydiyyatdan keçirilmiş məcburi köçkün vəsiqəsinin notarial təsdiqli elektron surəti (vəsiqənin şəkil olan və son qeydiyyat səhifəsi təqdim olunmalıdır).

II.“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” 22 iyun 1999-cu il tarixli Azərbaycan Respublikasının Qanunu (maddə 5) və “Təhsil haqqında” Azərbaycan Respublikasının 19 iyun 2009-cu il tarixli Qanununa (maddə 14-8-1) əsasən aşağıdakı kateqoriyalara aid olan ən çoxu 23 yaşınadək şəxslər illik təhsil haqqı ödənişindən azad edilirlər:

1.Hər iki valideyni vəfat etmiş şəxslər üçün – Hər iki valideynin ölüm haqqında şəhadətnaməsinin notarial təsdiqli elektron surəti;

2.Bir valideyni vəfat etmiş və o biri valideyni isə I və ya II qrup əlil olan şəxslər üçün – Bir valideynin ölüm haqqında şəhadətnaməsi, digərinin I və ya II qrup əlillik vəsiqəsi notarial təsdiqli elektron surəti (vəsiqənin şəkil olan və son qeydiyyat səhifəsi təqdim olunmalıdır, vəsiqə olmadıqda arayış təqdim olunmalıdır) və şəxsiyyət vəsiqəsinin (hər iki üzü) elektron surəti;

3.Hər iki valideyn himayəsindən məhrum olmuş şəxslər üçün – Qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən şəxslərə aid müvafiq sənədlərin notarial təsdiqli elektron surəti.

III. Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil müddəti ərzində təhsil haqqı xərcləri 2019/2020-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi haqqında” 3 may 2019-cu il tarixli Sərəncamına əsasən bu kateqoriyalardan olan şəxslər illik təhsil haqqı ödənişindən azad edilirlər.

Tələb olunan sənədlər:

1.I və ya II qrup əlillik vəsiqəsinin (vəsiqə olmadıqda arayış) və ya sağlamlıq imkanları məhdudluq haqqında arayışın notarial təsdiqli elektron surəti.

IV.Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” 18 mart 2014-cü il tarixli Sərəncamına əsasən 2014/2015-ci

tədris ilindən etibarən həmin şəxslərin təhsil alan övladları illik təhsil haqqı ödənişindən azad edilirlər.

IV.I. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları:

Tələb olunan sənədlər:

1.Valideynin əlillik vəsiqəsinin notarial təsdiqli elektron surəti (Əlillik səbəbi birbaşa Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqəli olmalı və sənəddə bu haqda məlumat öz əksini tapmalıdır, vəsiqənin şəkil olan və son qeydiyyat səhifəsi təqdim olunmalıdır);

2.Əlil valideynin şəxsiyyət vəsiqəsinin (hər iki üzü) elektron surəti.

IV.II. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları:

Tələb olunan sənədlər:

1.Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmasını, hərbi əməliyyatla əlaqədar itkin düşməsini və məhkəmə tərəfindən ölmüş elan edilməsini təsdiq edən sənədin notarial təsdiqli elektron surəti.

V.“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 3 sentyabr 1993-cü il tarixli Azərbaycan Respublikasının Qanununa (maddə 3) əsasən Şəhid ailəsi statusunu almış ailənin üzvləri ən çoxu 23 yaşınadək illik təhsil haqqı ödənişindən azad edilirlər. 18 yaşı tamam olan abituriyentlər şəhid ailəsinin üzvü kimi müstəqil vəsiqə almalıdır.

Tələb olunan sənədlər:

1.Şəhid ailəsi olması haqqında vəsiqəsinin notarial təsdiqli elektron surəti (Şəhid ailəsi üzvlük vəsiqəsinin möhür olan bütün səhifələri təqdim olunmalıdır);

2.Mərhum ailə üzvünün ölüm haqqında şəhadətnaməsinin notarial təsdiqli elektron surəti.

Diqqət: Müəyyən olunmuş müddətdə portal.edu.az internet ünvanında qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və həmin abituriyent “Lənkəran Dövlət Universiteti nəzdində Sosial və Aqrar-Texnoloji Kollec” in tələbələri sırasına daxil edilməyəcəkdir!

 

                                                                                                                                                                                                                                                            Rəhbərlik

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir