Kollecin əməkdaşına növbəti medal verildi

Kollecin əməkdaşına növbəti medal verildi

Kollecin əməkdaşına növbəti “Cəbrayılın azad olunmasına görə” medalı təqdim edildi. Xatırladım ki, Mayis Hüseynli Vətən müharibəsində iştirak edərək Fizuli, Cəbrayıl, Qubadlı rayonları uğrunda gedən şiddətli döyüşlərdə iştirak etmişdir. Qubadlı rayonunda mərminin partlaması nəticəsində yaralanaraq qazi olmuşdur. “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Bir cavab yazın