LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecdə 8 noyabr “Zəfər günü”nə həsr olunmuş Şahmat birinciliyi keçirildi.

LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecdə 8 noyabr “Zəfər günü”nə həsr olunmuş Şahmat birinciliyi keçirildi.

04 noyabr 2021–ci il tarixində Kollecdə 8 noyabr “Zəfər Günü”nə həsr olunmuş Şahmat birinciliyi keçirildi. Yarışı giriş sözü ilə Kollecin direktoru açaraq 44 günlük Vətən müharibəsində qazanılan qələbədən danışaraq bildirdi ki, Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi! Ermənistanın hərbi kaputilyasiyasına nail olduq! Bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin – Azərbaycanın var olduğunu sübut etdik. Bu ədaləti 44 gün ərzində yazan Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları, bütün Türkiyə xalqı bir yumruq kimi birləşərək təkcə Ermənistanın yox, bütövlükdə haqsız güclərin üstünə getdi və sübut etdi ki, haqq yolunda, ədalətin, ərazi bütövlüyümüzün bərpası uğurunda vuruşuruq. 10 noyabrda Müzəffər Azərbaycan Ordusu cəmi 44 günə hərbi yolla 28 il düşmən torpağında inləyən vətən torpaqlarını işğaldan azad etdi. 44 gündə müzəffər Azərbaycan Ordusu dünyaya sübut etdi ki, döyüş meydanında zəfəri tanklarla, toplarla deyil, ağılla, zəkayla və bir də insan zehninin ən son nailiyyəti olan PUA-larla qazanmaq olar. Şuşa qalasının alınması əməliyyatı isə tamam başqadır. Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bildirdi ki, Şuşanın azad edilməsi dünya hərb tarixində xüsusi yer tutatacaq: “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi. Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq. Çünki bu əməliyyatı bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək yalnız yüngül silahlarla silahlanmış şəkildə azad ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir”.

Bəli, Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Düşmənin 30 il ərzində qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, müzəffər ordumuzun tətbiq etdiyi savaş strategiyası müasir hərb tarixinə yeni örnək oldu.

Sonra “Pedaqogika, fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı” FBK–nın təşkil etdiyi yarışda FBK sədri Farid Salayev iştirakçılara oyun haqqında ətraflı məlumat verdi. Daha sonra oyun açıq elan edildi. Zəfər gününə həsr edilmiş oyunda Kollecin tədris işləri üzrə direktor müavini Leyla İbrahimova, tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Rzayeva, şöbə müdiri Dəyanət Əskərov, direktor köməkçisi Cəmil Quliyev, FBK sədri Həbib Həbibi iştirak edirdi.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir