LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirildi.

LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar  tədbir keçirildi.

Tədbirdə ulu öndərin Azərbaycan dövləti və xalqı qarşısında xidmətlərindən, ölkənin inkişafına göstərdiyi diqqət və qayğıdan danışılıb.Tədbiri giriş sözü ilə Kollecin direktoru dosent Ruslan Həmidov açıb. Direktor tarixə ekskursiya edərək ulu öndər Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu ilin avqust plenumundakı çıxışını xatırladıb: “Heydər Əliyevin plenumda qaldırdığı məsələlər, çıxışı zamanı söylədiyi fikirlər onun strategiyasını, uzaq-görənliyini o vaxtdan müəyyənləşdirdi, həmin plenumda Azərbaycanın bugünkü inkişa-fının təməli qoyuldu”.Müəllimlərimizin zəhmətini yüksək qiymətləndirən mərhum liderimizin elmə göstərdiyi diqqət və qayğıdan danışan direktor təhsilin inkişafında Ulu öndərin xidmətlərindən söz açıb.Məruzə ətrafında şöbə müdiri Dəyanət Əsgərov çıxış edərək Azərbaycanın çoxəsrlik tarixinin qəhrəmanına çevrilmiş Ümummilli liderin ölkəmizin inkişafında və xalqımızın mənəvi təkamülündə həyata keçirdiyi hər bir tədbirin böyük bir tarix olduğunu söyləyib. Ulu öndərin elmi-ideoloji mühitlə bağlı gördüyü işlərdən danışan natiq azərbaycançılıq ideologiyasının, bu konseptual vəzifənin məhz ümummilli lider Heydər Əliyevin adıyla bağlı olduğunu qeyd edib, azərbaycançılığın milli ideyadan dövlət ideologiyası səviyyəsinə qaldırılmasının onun əvəzsiz xidmətlərindən olduğunu bildirib.Kollecin II kurs tələbəsi Ləman Quliyeva çıxışında bildirdi ki, mərhum liderin xidmətləri və qayğısı sayəsində xalq tarixinə, milli adət-ənənələrimizə sadiq nümunələrin meydana gəldiyini, yeni məktəblərin formalaşdığını, dünya azərbaycanlıları anlayışının yarandığını və eyniadlı qurultayın keçirildiyini, Azərbaycan dilinin qorunması və təkmilləşdirilməsinə başlanıldığını, milli dövlətçiliyimizə göstərilən qayğının bariz nümunəsi olaraq Azərbaycan ədiblərinə verilən qiymətin dəyişdiyini vurğulayıb.Sonra Kollecin II kurs tələbəsi, şəhid qardaşı Əkbər Məmmədli çıxış edib. Azərbaycan dövlətinin həyatında həlledici rolu olan dahi şəxsiyyət Heydər Əliyevin xalqa xidmətlərindən bəhs edərək Ümummilli liderin Azərbaycanın çətin dönəmlərində bütün maneələrə baxmayaraq xalqı bu vəziyyətdən çıxara bildiyini deyib. Bu gün Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirdiyini dilə gətirib.Görkəmli dövlət xadimimizin dünyanın hər yerində anılan bir şəxsiyyət olduğu Ulu öndərin anım gününün bir çox ölkədə qeyd edildiyini bildirib. Dövlətimizin söykənəcəyi ideoloji prinsipləri əvvəlcədən müəyyənləşdirən Ümummilli liderin yaratdığı bu prinsiplərin əbədi olduğunu vurğulayan Əkbər Məmmədli mərhum liderin Azərbaycan xalqı üçün böyük bir irs qoyduğunu diqqətə çatdırıb. Çıxışlardan sonra Kollecdə Ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar keçirilən voleybol yarışında I yeri tutan komandanın kapitanına direktor tərəfindən Kubok təqdim edildi. Tədbirin sonunda Heydər Əliyevin həyat yolundan bəhs edən videorolik nümayiş olundu.

Bir cavab yazın