LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecdə sonuncu kurs tələbələrinin pedaqoji və istehsalat təcrübəsinin başlanğıc konfransı keçirildi.

LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecdə sonuncu kurs tələbələrinin pedaqoji və istehsalat təcrübəsinin başlanğıc konfransı keçirildi.

14 dekabr 2021–ci il tarixində Lənkəran Dövlət Humanitar Kollecinin akt zalında buraxılış kurs tələbələrinin pedaqoji təcrübələrinin başlanğıc konfransı keçirildi. Korfransı giriş nitqi ilə açan kollecin direktoru Ruslan Həmidov konfrans iştirakçılarını salamladı və  bu işdə onlara uğurlar arzuladı. Direktor təcrübələrin əhəmiyyəti, mütəxəssiz hazırlığı prosesində zəruruliyi barədə məlumat verərək əvvəlki illərdə aparılan təcrübələrdə qazanılan uğurlar və müşahidə edilən nöqsanlar haqqında tələbə və metodistləri ətraflı məlumatlandırdı. Sonra söz kollecin təcrübə rəhbəri və karyera üzrə mütəxəssisi Sevər Əhmədovaya verildi. Təcrübə rəhbəri bildirdi ki, bu il kollecin 2021–2022–ci tədris ilində əyani şöbənin  sonuncu kurs tələbələri təcrübəyə gedəcəklər. Tələbələr bu gündən başlayaraq pedaqoji və istehsalat təcrübəsində 3 həftəlik iştirak edəcəklər. Bu təcrübələr LDU–nun “Aqrar və texnoloji” fakultəsinin təcrübə sahəsində, Lənkəran şəhər 4 saylı HTML-də, Nağıl uşaq baxçasında keçiriləcəkdir. Konfransda təcrübəçi tələbələr, metodist və fənn müəllimlərini maraqlandıran suallarla bağlı geniş müzakirələr aparıldı, əvvəlki illərdə keçirilən təcrüblərdən fotoşəkillər və video kadrlar nümayiş edildi. Sonda direktor dos. Ruslan Həmidov təcrübələrin daha da səmərəli kecirilməsi üçün metodik tövsiyyələr və əməli tapşırıqlar verərək konfransı bağlı elan etdi.

 

 

                                                                                                  Sevər Əhmədova

                                           Kollecin təcrübə rəhbəri və karyera üzrə mütəxəssisi

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir