LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecdə “Prezident İlham Əliyev-davamlı inkişaf modelinin müəllifi və Azərbaycan son 18 ildə” adlı konfrans keçirildi.

LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecdə “Prezident İlham Əliyev-davamlı inkişaf modelinin müəllifi və Azərbaycan son 18 ildə” adlı konfrans keçirildi.

21 dekabr 2021-ci il tarixində Kollecdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin fəaliyyətinə dair “Azərbaycan son 18 ildə” adlı konfrans keçirildi. Konfrans Dövlət Himninin səslənməsi ilə başladı. Tədbiri giriş sözü ilə Kollecin direktoru dosent Ruslan Həmidov açaraq bildirdi ki, Ümummilli lider adını tarixə müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı kimi, cənab İlham Əliyev isə Ulu öndər siyasətinin layiqli davamçısı, Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan və torpaqlarımızın xilaskarı kimi yazdı. Ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin son 18 ildə Prezident İlham Əliyev tərəfindən uğurlu davamının nəticələri göz önündədir. Azərbaycanın iqtisadi, siyasi və hərbi gücünün artırılması, xalq-iqtidar birliyinin möhkəmləndirilməsi, torpaq, Vətən sevgisinin böyüklüyü fonunda 44 günlük II Qarabağ savaşında qalib olduq. Dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan ordusu tarix yazaraq 30 ilin işğalına son qoydu, ərazi bütövlüyümüzü təmin etdi. Azərbaycan xalqı bir daha yenilməz, məğrur xalq olduğunu dünyaya nümayiş etdirdi.

Məruzə ətrafında “Tarix və ictimai elmlər” fbk-nın müəllimi tar.ü.f.d. Cəmil Quliyev çıxış edərək qeyd etdi ki, tarixi qələbəmizin dünyaya təqdimatı olan Zəfər paradının 1 ili tamam olur. Bu parad özündə bütün məqamları ehtiva etdi. 44 günlük Vətən müharibəsində hərbi-siyasi qələbəmizlə yanaşı, Azərbaycan–Türkiyə dostluğunun, qardaşlığının sarsılmazlığı dünyaya çatdırıldı. Vətən müharibəsinin ilk günündən Azərbaycanın yanında olan Müzəffər Ali Baş Komandan İlham Əliyevə siyasi–mənəvi dəstək olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər paradında da ölkəmizin yanında yer alaraq bu fikri xüsusi qeyd etmişdir. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri genş vüsət alıb. 30 il torpaq həsrəti ilə yaşayan soydaşlarımızın Böyük qayıdışı reallaşır. Ulu öndər Heydər Əliyevin 1993–cü ildə güclü, inkişaf etmiş, qüdrətli Azərbaycan naminə başladığı böyük siyasət Prezident İlham Əliyev tərəfindən dəyişməkdə olan dünyanın yeni reallıqlarına uyğun şəkildə layiqincə davam etdirildi. Bu siyasətin sayəsində beynəlxalq aləmdə nüfuz və söz sahibinə çevrilən Azərbaycan 44 günlük Vətən müharibəsi ilə özünün ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan xalqı Böyük Qələbə ilə Böyük Zəfər yaşadı. Bu Zəfər ulu öndər Heydər Əliyev siyasətinin Zəfəridir.

Kollecin IV kurs tələbəsi, TGT sədri Enarə Miriyeva çıxışında bildirdi ki, cənab İlham Əliyev öz fəaliyyəti ilə  həm partiya sədri, həm prezident, həm də Ali Baş Komandan kimi hər bir  vətəndaşımızın maraqlarını müdafiə etmiş, hər bir azərbaycanlının Prezidenti olduğunu  dəfələrlə sübuta yetirmişdir. O, Ümummilli Lider Heydər Əliyevin müqəddəs ideyalarını daha da inkişaf etdirərək uğurlu daxili və xarici siyasət  həyata keçirir. Bunun nəticəsində Azərbaycan müstəqil dövlət olaraq daha da güclənir, dünya miqyasında söz sahibi olan dövlətə çevrilir.  Sonra Kollecin əməkdaşlarına YAP vəsiqələri təqdim edildi. Tədbirin sonunda Cənab prezident İlham Əliyevin siyasi fəaliyyətinin 18 ilinə həsr olunmuş video rolik nümayiş olundu.

                                                         

                                                                          İkt üzrə mühəndis Aygün Axundzadə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir