LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə maarifləndirici tədbir keçirildi.

LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə maarifləndirici tədbir keçirildi.

28 dekabr 2021-ci il tarixində Cənub Regional Miqrasiya İdarəsi (CRMİ) LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Azərbaycan Respublikasında əcnəbi və vətəndaşlığı olmayan tələbələrin təhsil hüququnun reallaşması, o cümlədən təhsil əsasında ölkə ərazisində müvəqqəti yaşama icazəsinin alınması, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir. Tələbələri maraqlandıran suallar qanunvericiliyə müvafiq qaydada cavablandırılmışdır. Keçirilən tədbirdə CRMİ-nin şöbə müdiri A.Sayılov, inspektor Z.Əlişov, Kollecin müəllim, əməkdaş və tələbələri iştirak edirdilər.

Bir cavab yazın