LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə payız semestrinin imtahan sessiyasına start verilib.

6 yanvar 2022-ci il tarixindən LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə 2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına start verilib. İmtahanlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10.12.2021-ci il tarixli F-570 saylı əmrinə müvafiq olaraq əyani formada keçirilir. Kollecdə bütün korpuslar üzrə imtahanlar əvvəlcədən təyin olunmuş günlər üzrə saat 09:00-da başlayıb 11.30-da sona çatdırılacaq. İmtahan nəticələrinin Kollecin rəsmi saytında(www.ldhk.edu.az) operativ yerləşdirilməsi təmin ediləcəkdir. Sessiya dövründə tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları dərhal aradan qaldırmaq və digər tədbirləri həyata keçirmək məqsədi ilə direktor Ruslan Həmidovun sədrlik etdiyi Operativ Qərargah yaradılıb (025-5-27-07; 025-5-30-59). 2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyası əyani təhsilalma forması üzrə tədris qrupları üçün 05.01.2022-ci il tarixindən 03.02.2022-ci il tarixinədək, qiyabi təhsilalma forması üzrə tədris qrupları üçün 10.01.2022-ci il tarixindən 14.01.2022-ci il tarixinədək keçiriləcəkdir.

 

 

Bir cavab yazın