Kollecin müəllim və tələbələri konfransda iştirak etdilər.

Kollecin müəllim və tələbələri konfransda iştirak etdilər.

7 may 2022-ci il tarixində Lənkəran şəhəri Heydər Əliyev Mərkəzində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Lənkəran Dövlət Universiteti ilə birgə həyata keçirdiyi “Heydər Əliyevin mədəniyyət siyasəti:Şuşadan Lənkərana”mövzusunda müəllim və tələbələrmizin də iştirak etdiyi elmi-nəzəri konfrans keçirildi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı, daha sonra şəhidlərimizi ruhu bir dəqiqəlik sükutla yad edildi.  Tədbirdə ilk çıxışı Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova etdi. Sonra akademik Teymur Kərimli, professor Raqib Əliyev, Lənkəran Dövlət Universitetinin professoru Yadulla Ağazadə, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutun əməkdaşı Aynur Rəcəbli, LDU-nun kafedra müdiri dos. Kamal Mahmudov Heydər Əliyevin Azərbaycan Respublikasının dirçəlməsi üçün etdiklərindən danışdılar. Tədbirdə Heydər Əliyevin Lənkərana səfərləri haqqında danışıldı,daha sonra tədbirdə Şuşanın və Lənkəranın tarixindən qeyd olundu. Sonra Lənkəranın simvolik xarakteri olan “Lənkəran Nənələri”nin mahnılarına və rəqslərinə kiçik uşaqların ifasında izlənildi. Sonda isə Lənkəran Şəhər Rəssamlıq məktəbinin tələbələrinin hazırladıqları “Əziz Şuşa,sən azadsan”adlı hazırladıqları əsərlər tədbir iştirakçılarına nümayiş olundu.

Bir cavab yazın