LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə maarifləndirici tədbir keçirilib.

LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə maarifləndirici tədbir keçirilib.

 Dövlət Məşğulluq Agentliyi Kollecdə “Karyera planlamasına dəstək” adlı maarifləndirici tədbir keçirib. Tədbirdə Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialının şöbə müdiri Nahid Nağdıyev, Mərkəzi Karyera filialının şöbə müdiri Pərviz Əfəndiyev, həmin filialın aparıcı mütəxəssisi  Mikayıl Tağıyev iştirak  ediblər. Tədbirdə  çıxış edən Pərviz Əfəndiyev tələbələrə əmək bazarında uğur əldə etmənin yolları barədə tövsiyyələrini verib. İşə qəbulla bağlı əmək bazarında hansı keyfiyyətlərə üstünlük verilir,  peşəkarlıq səviyyəsi necə ölçülür, şəxsi brendlə bağlı məsələlər və s. ətrafında diskussiya aparılıb. Tədbirdə 19 may 2022-ci ildə Lənkəranda  keçiriləcək “Peşələr festivalı” haqqında məlumat verilib, tələbələrə bukletlər paylanılıb.

Bir cavab yazın