LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecdə Tələbə Gənclər Təşkilatının hesabat–seçki konfransı keçirildi.

LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecdə Tələbə Gənclər Təşkilatının hesabat–seçki konfransı keçirildi.

31 may 2022–ci il tarixində Kollecdə TGT–nın 2019–2022–ci illər üzrə hesabatı–seçki konfransı keçirildi. Tədbirdə Kollecin direktoru Ruslan Həmidov, tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Rzayeva, Psixoloq Zülfiyyə Əliyev, İctimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi Cəmil Quliyev, TGT sədri Elnarə Miriyeva və fəal tələbələr iştirak edirdilər. Azərbaycanın Dövlət Himni səsləndikdən sonra tədbiri giriş sözü ilə açan Kollecin direktoru dosent Ruslan Həmidov qeyd etdi ki, Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı qüvvəyə çevrilən gənclər müstəqilliyin qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində də yaxından iştirak edərək tarixi nailiyyətlər qazanıblar. Müasir dövrdə dövlətimizin qarşısında duran çətinlikləri həll edə bilmək üçün gənclərin yenidən təşkilatlanması, onlarda milli özünüdərkin, azad, demokratik düşüncənin formalaşması Ümummilli Lider Heydər Əliyevin qayğısı və diqqəti nəticəsində mümkün olub. Bu gün böyük inam hissi ilə qeyd edirik ki, ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu öndər Heydər Əliyev gəncləri Azərbaycanın gələcəyi kimi dəyərləndirərək bildirirdi ki, cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaq. Yeni dövrdə gənclər siyasətinin formalaşması Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin adı ilə sıx bağlıdır. Bu diqqət və qayğının nəticəsidir ki, hazırda Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilərək, cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Təbii ki, dövlət gənclər siyasəti dedikdə gənclərin öz bilik və bacarıqlarını ortaya qoymaları, cəmiyyətdə layiqli yer tutmaları üçün dövlət tərəfindən həyata keçirilən tədbirlər sistemi nəzərdə tutulur. “Gənclər siyasəti haqqında” Qanunda bu məqsədlər öz əksini tapıb. Kompleks tədbirlər gənclərin hərtərəfli inkişafını yüksək səviyyədə təmin edir, gələcəyə daha inamla baxmaları üçün stimulverici amil rolunu oynayır. Dövlətin biz gənclərə göstərdiyi bu qayğı və diqqət bizim məsuliyyətimizi daha da artırır. İnanıram ki, Azərbaycan gəncliyi ona olan bu etimadı bu gün olduğu kimi, gələcəkdə də doğruldacaq, müstəqil dövlətimzin inkişafı prosesinə bundan sonra da öz töhfələrini verəcəkdir. Hesabat məruzəsi ilə TGT sədri Elnarə Miriyevanın illik hesabatı dinlənildi. Sədrlik etdiyi LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecin qazandığı uğurlarından danışıb. İstər Kollec istər rayon və respublika səviyyəsində keçirilən tədbirlərdən və bu illər ərzindəki fəaliyyəti dövründə gördüyü işləri bir növ TGT–nin 3 illik uğurlu hesabat dövrü olduğunu qeyd etdi. Sədrliyə təqdim edilmiş yeni namizədlər səsə qoyuldu. Keçirilən səsvermənin nəticələrinə görə Kollecin “Sosial” şöbəsinin II kurs tələbəsi Rəhimə Rzazadə Kollecin yeni Tələbə Gənclər Təşkilatının sədri vəzifəsinə seçildi. Tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Rzayeva çıxış edərək Elnarə Miriyevanın TGT dövründəki fəaliyyətini yüksək qiymətləndirərək yeni sədr Rəhimə Rzazadəni təbrik etdi və gələcək işlərində uğurlar arzuladı. Direktor Ruslan Həmidov əlavə edərək bildirdi ki, TGT–də aktivlik göstərən, olimpiadalarda yer qazanan və Kollecə uğur gətirən tələbələr mütəmadi fəxri fərman və müxtəlif hədiyyələrlə təltif edilir. Rayonun və Kollecin ictimai–siyasi həyatında TGT–nin müstəsna rolu olduğunu dilə gətirdi. Yeni seçilmiş TGT heyətinə də Kollecin adına yeni–yeni uğurlar, yeniliklər gətirəcəklərinə inandığını bildirdi. Bu sahədə gənclərin hərtərəfli inkişafına LDU və Kollec rəhbərliyi tərəfindən lazımi dəstək hər zaman göstərilib və bundan sonra da qanuna müfaviq şəkildə göstəriləcəkdir. Söz yeni seçilən TGT sədri Rəhimə Rzazadəyə verildi. Sədr ona göstərilən bu etimada görə Kollecin direktoru Ruslan Həmidova, müəllimlərə və tələbələrə təşəkkürünü bildirdi. Daha sonra bildirdi ki, gənclik cəmiyyətin mühüm tərkib hissələrindəndir. Cəmiyyətdə dövlətçilik üçün gərəkli olan bütün proseslərin aparıcı qüvvəsi gənclərdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclərə ünvanladığı fikirlər dövlətin gənclər siyasətinin mahiyyətinin ifadəsidir: “Gənclər, mən sizə inanıram, güvənirəm”. Digər istiqamətlərdə olduğu kimi, gənclər siyasətinin də əsasını azərbaycançılıq ideologiyası təşkil edir. Yəni, Azərbaycan gənclərinin vətənpərvərliyi milli mentalitet əsasında formalaşdırılır. Kollecin müəllim və tələbə heyəti də yeni seçilmiş sədri ürəkdən təbrik edir ona gələcək fəaliyyətində yeni–yeni uğurlar arzu edir.

 

                                                                                           Cəmil Quliyev

                                                  İctimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir