Kollecdə İrəvan müəllimlər seminariyasının 140 illiyi ilə bağlı tədbir keçirildi.

Kollecdə İrəvan müəllimlər seminariyasının 140 illiyi ilə bağlı tədbir keçirildi.

Kollecdə İrəvan müəllimlər seminariyasının 140 illiyi ilə bağlı tədbir keçirildi. 16 noyabr 2022-ci il tarixində LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə İrəvan Müəllimlər Seminariyasının yaranmasının 140 illiyinə həsr olunan elmi seminar təşkil olunub. Seminarda çıxış edənlər 140 il bundan əvvəl fəaliyyətə başlayan Müəllimlər Seminariyasının təhsil və pedaqoji fikir, maarifçilik, milli mədəniyyət tariximizdəki əhəmiyyətli rolundan bəhs edərək ölkə Prezidenti cənab İlham Əliyevin İrəvan Müəllimlər Seminariyasının 140 illiyi ilə əlaqədar imzaladığı sərəncamı Azərbaycanın tarixi irsi və mədəniyyətinə verdiyi dəyərin nümunəsi kimi qiymətləndiriblər.

Bir cavab yazın