Kollecdə imtahan prosesini ictimai şura izləmişdir.

Kollecdə imtahan prosesini ictimai şura izləmişdir.

17 yanvar 2023–cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar–Texnoloji Kollecdə 2022/2023–cü tədris ilinin payız semestrinin imtahan sessiyasında tələbələr üçün yaradılan şəraitlə əyani tanış olmaq məqsədi ilə LDU–da fəaliyyət göstərən İctimai şuranın sədri, Lənkəran Rayon Ağsaqqallar Şurasının sədr müavini Güloğlan Bağırov və Şuranın üzvü Tofiq Heydərov Kollecdə olmuş və keçirilən imtahanların gedişini izləmişdir. Güloğlan Bağırov və Tofiq Heydərov Kollecdə gördüklərindən razı qaldıqlarını, imtahanların tam obyektiv və şəffaf şəraitdə keçirildiyini, tələbələr üçün lazımi şəraitin yaradıldığını qeyd ediblər.

 

Bir cavab yazın