Lənkəran Dövlət Humanitar Kollecinin tələbələri Dövlət Sərhəd Xidmətində ekskursiyada oldular

Lənkəran Dövlət Humanitar Kollecinin tələbələri Dövlət Sərhəd Xidmətində ekskursiyada oldular

14.04.2016 -cı il tarixində Lənkəran Dövlət Humanitar Kollecinin “Fiziki tərbiyə və gənclərin çağıraşaqədərki hazırlığı” ixtisası üzrə bir qrup tələbələri Dövlət Sərhəd Xidmətinin (DSX) Lənkəran şəhərindəki hissəsində ekskursiyada oldular. Ekskursiyanın məqsədi DSX-nin təbliğ edilməsi və  tələbələrin sərhədlərimiz qorunması işi ilə ətraflı məlumatlandırılması idi. Mayor Samiq Sadıqov  tələbələri DSX -nin fəaliyyəti ilə yaxından taniş etdi və onlara ətraflı məlumat verdi. Tələbələr  Ulu Öndər Heydər Əliyevin və Möhtərəm Prezident İlham Əliyevin sərhədçilərlə görüşlərinə həsr olunan müxtəlif foto stent, jurnal və s. materiallarla tanış oldular. Mayor Samiq Sadıqov Samiq tələbələrə hər bir foto və material haqqında ətraflı açıqlama verdi.

Tələbələr hərbi hissə ərazisində əsgərlərin asudə vaxtlarını keçirməsi uçun ayrılmış əsgər çayxanasında oldular. Sonra tələbələr hərbi hissənin idman zalında oldular. Orada müxtəlif idman alətləri və ləvazimatlarla tanış oldular. Daha sonra tələbələr əsgər yataqxanası və komendant bölümü ilə tanış oldular. Burada əsgərlər üçün hazırlanmış məşğələ otaqları var idi. Tələbələr həmcinin məişət otaqlarına, tibb məntəqəsinə, əsgər yeməkxanasına  baş cəkdilər, xüsusi təlim keçmiş itlərin nümayişinə tamaşa etdilər. Sonda Dövlət Bayrağının qorunduğu yerlərlə də tanış oldular.

2822

16626

166181719924

23

Bir cavab yazın