Qarabağ müharibəsi veteranları və şəhid ailələri ilə görüş keçirildi

Qarabağ müharibəsi veteranları və şəhid ailələri ilə görüş keçirildi

         15.04.2016 cı il tarixində Lənkəran Dövlət Humanitar Kollecində Qarabağ müharibəsi veteranları və şəhid ailələri ilə görüş keçirildi. “Torpaq uğrunda ölən varsa, vətəndir” adlı bu tədbir  Lənkəran Dövlət Humanitar Kolleci, Lənkəran Şəhər İcra Hakimiyyəti və Qarabağ müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri Lənkəran rayon şöbəsinin birgə təşkilatçılığı ilə keçirildi.  Azərbaycan Qarabağ müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri Lənkəran rayon şöbəsinin sədri Əbülfəz Əliyev, Şəhid Milli Qəhrəman Əsgər Əliyevin atası Hacı Ələkbər Əliyev, Əfqanıstan Veteranları İctimai Birliyinin Lənkəran rayon şöbəsinin sədri Fəxrəddin Hüseyn, Azərbaycan Vətən Müharibəsi veteranlarıİctimai Birliyinin Zona üzrə nümayəndəsi Əlişəfa Ağayev, Qarabağ Müharibəsi Veteranı Zaur Əhmədov,  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Lənkəran rayon şöbəsinin sədr müavini Saleh Dostiyev,  Lənkəran Şəhər İcra Hakimiyyətinin baş məsləhətçiləri Cavad Miriyev və Könül Manafova  Lənkəran Dövlət Humanitar Kollecinin müəllim və tələbə heyyətinin qonaqları oldu. Mərasimdə humanitar kollecin müəllim və tələbələri ilə yanaşı müharibə veteranları və Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri iştirak edirdi. Tədbirin əsas məqsədi tələbələrə şəhid həmyerlilərimiz haqqında ətraflı məlumat verməklə  milli vətənpərvərlik tərbiyələrinin daha da gücləndirilməsi idi.

         Tədbir torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan vətən övladlarının əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Açılış nitqi ilə kollecin direktoru r.ü.f.d.Ruslan Həmidov çıxış edərək bildirdi ki, Qarabağ müharibəsi veteranlarının və şəhid ailələrinin tələbələrlə görüşməsi, onların səmimi fikirlərinin dinlənilməsi yetişməkdə olan gəncliyimizin vətənpərvərlik, dövlətçilik ideyaları ilə inkişaf etməsi baxımından daha təsirlidir. Kollecin İqtisadiyyat və İdarəetmə Fənn Birləşməsinin sədri Qətilə Şükürova, Lənkəran Şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi Könül Manafova çıxışlarında son günlər təmas xəttində Ermənistan silahlı birləşmələrinin təxribat əməllərinə silahlı qüvvələrimizin layiqli cavabı Ali Baş Komandan Möhtərəm İlham Əliyevin, Azərbaycan Ordusunun, Azərbaycan dövlətinin qüdrətinin təntənəsi olduğunu bildirdi. Daha sonra Milli Qəhrəman Əsgər Əliyevin atası Hacı Ələkbər Əliyev qeyd etdi ki, torpaq uğrunda ölən şəhidlərimizin qisası heç vaxt düşməndə qalmayacaq. Ordumuz tez bir zamanda Ali Baş Komandanın göstərişi ilə Dağlıq Qarabağı işğaldan azad edəcək. Daha sonra Azərbaycan Vətən Müharibəsi İctimai Birliyinin zona üzrə nümayəndəsi Əlisafa Ağayev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri Lənkəran rayon Şöbəsinin sədri Əbülfət Əliyev, Əfqanıstan Veteranları İctimai Birliyinin Lənkəran Rayon Şöbəsinin sədri Fəxrəddin Hüseyn, Qarabağ müharibəsi veteranı Zaur Əhmədov və digər tədbir iştirakçıları çıxış edərək gənclərə keçdikləri döyüş yollarından danışdılar. Qeyd olundu ki, Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş hər bir əsgərimizin valideyni öz övladı ilə fəxr edir. Sonda xatirə şəkli çəkildi.

50 52  53  55 56 57 58 59 60

6154

 

 

Bir cavab yazın