TMT

TƏLƏBƏ  MƏTBUAT  TƏŞKİLAT
TMT-nin sədri: Əkbərli  Əkbər  Tərlan  oğlu

2013-cü  ilin  Dekabr  ayının  1-də  yaranan  TMT(Tələbə Mətbuat Təşkilatı)  keçdiyi  bir  il  ərzində  çoxlu uğurlar qazanmışdır.İlk  dəfə olaraq  Lənkəran  Dövlət  Humanitar  Kollecində  “LDHK-Press” adlı  jurnal  çap  etməklə fəailiyyətə  başlamışdır. Jurnalın  ilk  sayı  tələbələr  tərəfindən  maraqla  qarşılandığından  TMT-yə  olan  inam  daha  da  artdı. TMT  daha  böyük  layihələrə  imza  atmağa  başladı.TMT-nin  sədri İnformatika  fakültəsinin  II  kurs  tələbəsi  Əkbərli  Əkbər  Tərlan  oğludur.TMT-nin  sədr  müavini  İnformatika  fakültəsinin  II kurs  tələbəsi  Həsənova  Rövnəq  Surac  qızıdır.  Ümumilikdə  səkkiz  layihəsi  olan  TMT  hal-hazırda  LDHK-nın  aparıcı  təşkilatlarından  biridir. Layihələr  ilə  tanış  olaq:
1)”LDHK-Press”   jurnalı  TMT-nin  ən  böyük layihəsidir. Ayda  bir dəfə  nəşr  olunan  bu jurnal  LDHK  tələbələrinə  zövq  aşılayır.
2)”Təqvimdə bu AY” məqaləsi  ayda  bir  dəfə olmaqla  yaşadığımız tarixin ən önəmli  hadisələrini  özündə  cəmləyən  məqalədir. Məqalə LDHK tələbələrinə  hər  ay  verilir.
3)”Xoş GƏLDİN!!!” layihəsi TMT-yə  yeni  üzv  olanlara  təşkilatın  müəyyən  işləri  üzrə  kömək  edən  tələbələr  toplamaqdır.
4)”SALAM Tədbir” layihəsi  ilə  biz  TMT  olaraq  LDHK-da  müəyyən  tədbirlər keçiririk.
5)”TMT-Loqos” layihəsi TMT  üçün  ən  önəmli  layihələrdən  biridir. Bu  layihə  ilə  biz  kollecdə  test  imtahanı  keçiririk.
6)”TMT-Xəbərlər” kollec  binasının  1-ci  mərtəbəsində  asılan  “TMT-Xəbərlər” güşəsində  kollecdə  baş  verən  yenilikər  haqqında  xəbərlər  yer  alır.
7)”TMT-tv” layihəsi  TMT-nin  ən  baxımlı  layihəsidir. İnternet  üzərində  yayımlanan kanalımız  TMT-tv  adlanır.
8)”Biz Varıq!” layihəsi  isə  TMT-yə  edilən  müraciətləri,sualları,çətinlikəri  həll etməyimizdir.