TGT

TGT

Xudadlı Samid Ramazan oğlu 29 mart 1997-ci ildə Lənkəran rayonunun Biləsər kəndində anadan olmuşdur. Orta təhsilini 2003-2014-cü illərdə Xanbulan kənd tam orta məktəbində almışdır. 2017-ci ildən 2020-ci ilə qədər  N saylı hərbi hissədə MAHHXHQ kiçik çavuş kimi xidmət etmişdir. 44 günlük Vətən müharibəsində 29 sentyabr 2020-ci il Füzuli uğrunda gedən ağır döyüşlərdə yanına düşən mərmi nəticəsində sağ ayağını itirmişdir. Müharibədən sonra Cənab prezident İlham Əliyevin sərəncamına əsasən Cəsur döyüşçü, Füzulinin azad olunmasına görə və müharibə iştirakçısı medalları ilə təltif olunmuşdur.  Xudadlı Samid Ramazan oğlu Kollecin Vokal sənəti ixtisasının II kurs tələbəsidir. 11 noyabr 2022-ci il tarixində Kollecin Pedaqoji Şurasında Kollecin Tələbə Gənclər Təşkilatının (TGT) sədri seçilmişdir. Ailəlidir.