Direktor köməkçisi

Kollecin İctimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi Axundzadə Aygün Məmmədbağır qızı.
Axundzadə Aygün Məmmədbağır qızı 12 oktyabr 1985-ci il Lənkəran şəhərində ziyalı ailəsində anadan olmuşdur.1991-ci ildə lənkəran şəhər 2 saylı orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2002-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. Həmin ildə Bakı Dövlət Universitetinin “Tətbiqi Riyaziyyat” fakultəsinə daxil olmuş, 2007-ci ildə bitirmişdir. 2019-cu ilin sentyabr ayının 15-dən Lənkəran Dövlət Hümanitar Kollecində Sayt mütəxəssisi vəzifəsində çalışmışdır. 2020-ci ilin fevral ayından 2023-cü ilin sentyabr ayına kimi LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “İKT üzrə mühəndis” vəzifəsində çalışıb. 15 sentyabr 2023-cü ildən İctimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi vəzifəsinə təyin edilib, eyni zamanda “Dizayn və informatika” FBK-da 0,5 ştat informatika müəllimi kimi fəaliyyət göstərir.

2019 -cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
E-mail: ldusatk.kollec@gmail.com
Əlaqə nömrəsi: 051-687-27-26