Haqqında

slide3

Lənkəran Dövlət Humanitar Kolleci Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Şurasının “Azərbaycan SSR-də ümumi icbari təhsilə kömək haqqında” 29 may 1923-cü il tarixli qərarı əsasında “Darülmüəllimeyn” adı ilə 01 sentyabr 1924-cü ildən fəaliyyətə başlamışdır. Sonralar isə Lənkəran Məktəbəqədər Pedaqoji Texnikumu adlandırılmışdır. Daha sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 avqust 2002-ci il tarixli qərarına əsasən Lənkəran Məktəbəqədər Pedaqoji Texnikumu, Musiqi Texnikumu və Lənkəran Kənd Təsərrüfatı Texnikumu ləğv edilərək onların bazasında Lənkəran Dövlət Humanitar Kolleci yaradılmışdır. Hazırda kollecdə Fiziki tərbiyə müəllimliyi (ümumi orta təhsil bazası üçün),  Texnologiya müəllimliyi,  Təsviri incəsənət müəllimliyi, Musiqi nəzəriyyəsi, Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə), Xor dirijorluğu, İnstrumental ifaçılıq (alətlər üzrə), Məktəbəqədər təlim və tərbiyə,  Mühasibat uçotu, Arxiv işi və karguzarlıq, Kitabxana-informasiya təminatı ixtisasları üzrə 878 tələbə təhsil alır. Kollecdə 117 nəfər müəllim, 69 nəfər isə inzibati və texniki heyətdə şalışır.   Kollecə 14 may 2014-cü il tarixindən Azərbaycan Respublikasının Təhsil Naziri Cənab Mikayıl Cabbarovun əmri ilə dosent Ruslan Həmidov direktor təyin olunmuşdur.

LDHK-nın yaradılması haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI