Müavinlər

Müavinlər

Kollecin tərbiyə işləri  üzrə direktor müavini Rzayeva Ülviyyə Əlihüseyn qızı.
Rzayeva Ülviyyə Əlihüseyn qızı 1969-cu il may ayının 8-də Lənkəran Şəhərində anadan olmuşdur.1976-cı ildə Lənkəran şəhər 2 saylı orta məktəbin 1-ci sinifinə daxil olmuş və 1986-cı ildə həmin məktəbi bitirmişdir.1986-cı il sentyabr ayından,1987-ci il iyun ayına kimi Lənkəran konserv kombinatında fəhlə işləmişdir.1987-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər instituna daxil olmuşdur.1992-ci ildə həmin institun “İngilis və fransız dili müəllimi” ixtisasını bitirmişdir.Həmin il Lənkəran şəhər 7 saylı orta məktəbində ixtisası üzrə müəllim işləmişdir.2000-ci ildən isə əsas müəllim kimi fəaliyyətə başlamışdır.İşlədiyi müddət ərzində kollecin ictimai işlərində fəal iştirak etmişdir.Yapın  üzvüdür.2012-ci ilin oktyabr ayından kollecin tərbiyyə işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır.Kollecin rəhbərliyi tərəfindən 30 dekabr 2012-ci il tarixində “Fəxri Fərmanla” təltif olunmuşdur.

Ailəlidir,iki övladı var.

Kollecin inzibati təsərrüfat  işləri  üzrə direktor müavini Vəliyev Məsud Xudaverdi Oğlu.
Vəliyev Məsud Xudaverdi oğlu 1962-ci ildə oktyabr ayının 11-də Lənkəran rayonunun Sütəmurdov kəndində ziyalı ailəsində anadan olmuşdur. 1970-ci ildə Lənkəran rayonunun Sütəmurdov kənd orta məktəbinin 1-ci sinifinə getmiş və 1980-ci ildə müvəffəqiyyətlə bitirmişdir. 1980-ci ildə ali məktəbə qəbul ola bilmədiyi üçün həmin il Lənkəran səyyar mexanikləşdirilmiş  dəstədə fəhlə kimi fəaliyyət göstərmişdir. 1981-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnistituna daxil olmuş və 1986-cı ildə həmin İnistitu müvəffəqiyyətlə bitirmişdir. 07.08.1986-cı ildə V-li santexnik kimi santexmantaj idarəsində işə qəbul olub. 24.10.1986-cı ildə Hərbi xidmətə çağrıldığı üçün əmək fəaliyyətini dondurmuşdur. 21.07.1988-ci ildə Hərbi xidməti bitirdikdən sonra yenidən Santexmontaj idarəsində əmək fəaliyyətinə başlamışdı. 1989-cu il 13 fevral tarixində öz xahişiylə işdən azad olub Lənkəran rayonunun Komunal Müəssisələri Kombinatında mühəndis normalaşdırıcı vəzifəsinə təyin olunub. 28.09.1990 tarixində həmin müəssisədə baş mühəndis vəzifəsinə təyin olunub. 03 aprel 2002-ci ildə “MARİ” firmsında istehsalat rəisi vəzifəsində işləyib və 10.11.2010 –cu il tarixində “MARİ” firnasında direktor vəzifəsinə təyin olunub. 15.07.2011- ci il tarixində öz xahişiylə işdən azad olub. 01.10.2012 ildə Hidrolofos MMC-də Mühəndis-Topoqraf vəzifəsində işə başlayıb. 26.10.2013-cü ildə öz xahişiylə işdən azad olub. 12.11.2013-cü ildə “Sari Baba “ LTD MMC-də iş icraedici vəzifəsinə təyin olunub. 26.05.2015- ci ildə əmək müqaviləsinə xitam verildiyi üçün işdən azad olunub. 25.01.2016-cı ildə Cənub Mənzil Texniki Koperativinə Təhlükəsizlik Texnikası mühəndisi vəzifəsinə qəbul olub. 20.07.2016 verdiyi ərizəsinə əsasən öz xahişiylə işdən azad olunub.01.07.2016-da “Yaşam İnşaat” MMC-də baş mühəndis vəzifəsinə qəbul olub və 01.09.2016 da öz ərizəsiylə həmin təşkilatdan azad olunub. 20.02.2018-ci ildən hal-hazıra qədər LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin İnzibati Təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub.

Ailəlidir üç  övladı var.