Musiqi nəzəriyyəsi və xor drijorluğu

Musiqi nəzəriyyəsi və xor drijorluğu FBK-nın sədri :
Zəminə Əliyeva Taryel qızı 15 aprel 1970-ci ildə Lənkəran şəhəri Şixəkəran kəndində anadan olmuşdur. 1977-1985-ci illərdə Lənkəran kənd orta məktəbində, 1979-1985-ci ilərdə C.Cabbarlı adına Lənkəran şəhər 1 saylı uşaq musiqi məktəbində fortepiano sinfi üzrə təhsil almışdır. 1985-1989-cu illər ərzində isə Lənkəran Musiqi Texnikumunda “Musiqi nəzəriyyəsi” üzrə təhsilini davam etdrimişdir. 1989-cu ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının “Musiqişunas” ixtisasına daxil olmuşdur. 1985-ci ildən 1992-ci ilə qədər C.Cabbarlı adına 1 saylı uşaq musiqi məktəbində, 1992-ci ildən isə Lənkəran Dövlət Humanitar Kollecinin musiqi şöbəsində musiqi nəzəriyyəsi müəllimi kimi fəaliyyət göstərir.
Azərbaycan Qadınlar Qurultayının nümayəndəsi və YAP-ın üzvüdür. 29.03.2002-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü və zona üzrə zona üzrə Lənkəran təşkilatının məsul katibi vəzifəsində çalışır.
2006-cı ildə Azərbaycan Milli konservatoriyasının “Bəstəkarlıq” şöbəsinə daxi olmuşdur və 2009-cu ildə oranı müvəffəqiyyətlə bitirmişdir.
Bu illər ərzində bir sıra əsərin müəllifi, eyni zamanda məqalə və çıxışlarla mətbuat və dövlət tədbirlərində, cənub televiziyası (CTV) vasitəsilə çıxışlar etmişdir.
V.Hüseynov, M.Dövrani, A.Cavadov, N.Kəsəmənli, X.Rza, Ş.Aslan, X.Vaqif qızı və.s şairlərin şeirlərinə yazılmış bir necə mahnılar. Möhtərəm Heydər Əiyev cənablarına həsr olunmuş “Vətən oğlu” (söz Zəminə Taryel qızının), “Azərbaycan” xor əsərləri, fortepiano üçün 13 preludya, fortepiano üçün 3 hissəli “sonata”,  fortepiano üçün “8 variasiya”, xalq çalğı alətlərinin  orkestri üçün 4 hissəli “Lənkəran Lövhələri” suitası və.s Bu əsərlər müxtəlif Dövlət tədbirlərində, yaradıcılıq gecələrində, konsertlərdə ifa olunmuşdur.
30 aprel 201o-cu ildə Üzeyir Hacıbəyovun 120 illiyi münasibətilə M.Maqamayev adına Azərbaycan Dövlət Flarmoniyasında  onun x.ç.a orkestri üçün yazdığı 4 hissəli “Lənkəran Lövhələri” adı suitası, 2011-ci ildə A.B.S-da keçirilmiş kamera konsertində onun fortepiano və skripka üçün 3 hissəli “sonatası” səsləndirilmişdir.