Təcrübələrin yekun konfransı keçirildi

Təcrübələrin yekun konfransı keçirildi

08 iyun 2018-ci ildə Lənkəran Dövlət Humanitar Kollecində buraxılış kurs tələbələrinin diplomqabağı təcrübələrinin yekun konfransı keçirildi. Konfrans zalı təcrübəçi tələbələrin təcrübədə hazırladıqları əyani vəsaitlərlə bəzənmişdi. Korfransı giriş nitqi ilə açan kollecin direktoru dos. Ruslan Həmidov konfrans iştirakçılarını salamladı, təcrübələrin əhəmiyyəti, mütəxəssiz hazırlığı prosesində zəruruliyi barədə məlumat verərək bu il aparılan təcrübələrdə qazanılan uğurlar və müşahidə edilən nöqsanlar haqqında konfrans iştirakçılarını ətraflı məlumatlandırdı. Sonra söz kollecin təcrübə rəhbəri Sevər Əhmədovaya verildi. Təcrübə rəhbəri təcrübələr zamanı şəkilmiş materiallardan hazırlanan videomaterialları nümayiş etdirməklə bildirdi ki, kollecin “Texnologiya müəllimliyi”, ”Təsviri incəsənət müəllimliyi”, ”Fiziki tərbiyə müəllimliyi” ixtisaslarının tələbələri Lənkəran şəhər 4 saylı humanitar təmayüllü məktəb liseydə, “Arxiv işi və kargüzarlıq” ixtisasının tələbələri Azərbaycan Respublikasının Dövlət Arxivinin Lənkəran filialında, “Muhasibat uçotu” ixtisasının tələbələri 15 saylı ərazi maliyyə hesablaşma mərkəzində, “Kitabxana informasiya təminatı” ixtisasının tələbələri Lənkəran rayon mərkəzi kitabxanasında, Musiqi ixtisasları üzrə tələbələri Cəfər Cabbarlı adına Lənkəran şəhər 1-saylı uşaq musiqi məktəbində təcrübədə olmuşlar. Sonra 5 nəfər tələbənin təcrübədə iştirak etməməsi, metodist, psixoloq və pedaqoqların fəaliyyəti, sınaq dərslərinin təhlili, icmalların tərtibi və s. haqqında ətraflı məlumat verərək hesabatını tamamladı. Metodist müəllimlərdən Nərminə Həbibova, Esmira Çükürova, Qətilə Şükürova, Validə Məmmədova çıxış edərək təcrübələrin mütəşəkkil keçirilməsinə və təcrübəçilərin normal nəzəri biliklərə malik olduqlarına görə kolleç rəhbərliyinə və təçrübələrin yaxşı təşkili üçün müvafiq şərait yaradaraq köməkliklər göstərən müəssisə rəhbərlərinə təşəkkürünü bildirdilər. Təcrübəçi tələbələrdən bir neçəsi çıxış edərək təcrübələrdə qazandıqları peşə vərdişləri və peşə etikalarına görə metodis və müəssisə rəhbərlərinə təşəkkürlərini bildirdilər. Sonda direktor Ruslan Həmidov gələcəkdə təcrübələrin daha da səmərəli kecirilməsi üçün metodik tövsiyyələr və əməli tapşırıqlar verərək konfransı bağlı elan etdi.

                

Bir cavab yazın