Xalq çalğı alətləri ifaçılığı və xanəndəlik

Xalq çalğı alətləri ifaçılığı və xanəndəlik FBK-nın sədri :
Əliyev İlqar Təriş oğlu 13 avqust 1964-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. 1979 -cu ildə Lənkəran şəhər 2 saylı orta məktəbini və C.Cabbarlı adına Uşaq Musiqi məktəbini “Kamança” ixtisası üzrə bitirmişdir. 1979-cu ildə Lənkəran Musiqi texnikumunun xalq çalğı alətləri şöbəsinə “Kamança” ixtisası üzrə qəbul olmuşdur. Uşaq Musiqi məktəbində oxuduğu illərdə Azərbaycan Respublikası üzrə keçirilən “BAHAR-79” festifalının diplomatı olmuşdur. Texnikumu bitirdikdən sonra “orkestr”, “ansanmbl” rəhbəri, “kamança” ixtisası üzrə müəllim ixtisası verilmişdir. ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının “Xalq çalğı alətləri” fakultəsinə daxil olmuşdur. 1986-cı ildə Lənkəran Musiqi texnikumuna ixtisası üzrə müəllim təyin olunmuşdur.  1990-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını başa vuraraq “konsert  ifaçısı”,  “Orkestr rəhbəri (Artisi)”,  “Ansanmbl rəhbəri”, müəllim ixtisasını almışdır. Hal-hazırda Lənkəran Dövlət Humanitar Kollecinin musiqi şöbəsində ixtisası üzrə müəllim işləyir. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəidir, iki övladı var.