“Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” mövzusunda videokonfrans keçirildi.

“Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” mövzusunda videokonfrans keçirildi.

19 noyabr 2021-ci il tarixində Lənkəranda Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 29-cu ildönümünə həsr olunan “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” mövzusunda videokonfrans keçirilib. Konfrans Ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Bir dəqiqəlik sükutdan sonra isə çıxış edən natiqlər bildirdilər ki, “YAP siyasi zərurətdən yaranan partiyadır. O vaxt Azərbaycana rəhbərlik etmiş bəzi şəxslərin yarıtmaz fəaliyyəti nəticəsində ölkədə iqtisadi tənəzzül hökm sürürdü. Hətta Azərbaycanın müstəqilliyinin itirilməsinə münbit şərait yaradılmışdı. Belə bir vaxtda Azərbaycan xalqı ümidini Heydər Əliyevə bağlamışdı. Heydər Əliyev çağırışlara cavab verərək Azərbaycanı məhv olma təhlükəsindən xilas etdi. 1992-ci il noyabrın 21-də YAP-ın Naxçıvanda təsis konfransının keçirilməsi və Heydər Əliyevin sədr seçilməsi Azərbaycan tarixində çox mühüm hadisə oldu. YAP ötən 29 il ərzində şərəfli və nümunəvi yol keçib, ümumxalq partiyasına çevrilib. Cənubi Qafqazın ən böyük partiyası olan YAP bu gün inkişaf edir. 2020-ci ildə baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Vətən müharibəsində Azərbaycan xalqı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz gücünü səfərbər edərək milli qürur və ləyaqətin bərpasına, işğal faktının, tarixi ədalətsizliyin aradan qaldırılmasına və separatizmin məhv edilməsinə nail oldu. Ümummilli lider Heydər Əliyevin siyasətini dövrün tələblərinə uyğun keyfiyyətcə yeni müstəvidə uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə atılan addımlar, həyata keçirilən tədbirlər Azərbaycanın milli gücünün artmasını, strateji hədəflərə və qələbəyə doğru əmin addımlarla irəliləməsini təmin edib. Partiyamız öz gücünü Heydər Əliyev ideyalarından alır. Bu ideyalar ətrafında birləşərək mütəşəkkil siyasi qüvvəyə çevrilmişik. Hazırda Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası böyük nailiyyətlərə imza atır”. Keçirilən tədbirdə LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollec ərazi ilk partiya təşkilatının sədri dos. Ruslan Həmidov və təşkilatın sədr müavini t.ü.f.d. Cəmil Quliyev iştirak edirdilər.

                                                                                            Aygün Axundzadə

                                                                            İKT üzrə mütəxəssis, YAP üzvü

Bir cavab yazın