Kollecdə müsabiqə keçirildi

Kollecdə müsabiqə keçirildi

5 aprel 2022-ci il tarixində LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı respublika ifa müsabiqəsinin II zona mərhələsi keçirildi. Tədbiri giriş sözü ilə Kollecin direktoru Ruslan Həmidov açaraq qonaqları salamlamış də tədbiri açıq elan etmişdir. Zona mərhələsində LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollec, Masallı Regional Kolleci, Astara Pedaqoji Kolleci, Lənkəran Peşə Liseyi, Masallı Peşə məktəbi, Lerik Peşə məktəbi iştirak edirdilər. Musahibədə iştirakçılar arasından seçilmiş I və II yerin qalibləri olan tələbələr III mərhələyə adlarını yazmışlar.

Bir cavab yazın