Aqrar-Texnoloji şöbə

Aqrar-Texnoloji şöbə

Əhmədova Sevər Zakir qızı 09.02.1975-ci il tarixində Lənkəran şəhərində ziyalı ailəsində anadan olmuşdur.   1981-ci ildə Lənkəran şəhər 1-saylı orta məktəbin I(birinci) sinfinə daxil olmuş 1991-ci ildə həmin məktıbin X(onuncu)sinfin bitirmişdir.1991-ci ildə Bakı Dövlət Universitetinin cografiya fakultəsinə daxil olub.1995-cin ildə bu universiteti qiyabi şöbə üzrə bitirib. Əmək failiyyətinə 1994-cü ildə Lənkəran şəhər Sütəmurdov kənd orta məktəbində başlayıb.1995-ci ildə Lənkəran şəhər 1-saylı orta məktəbində müəllim işləyib.2001-ci ildən Lənkəran Dövlət Humanitar Kollecində müəllim işləyir.2014-cü ildə Lənkəran Dövlət Humanitar Kollecində təcrübə rəhbəri təyin edilib.2003-cü ildən YAP-ın üzvüdür. İşlədiyi müddət ərzində Lənkəran şəhər icra hakimiyyətinin və Lənkəran Dövlət Humanitar Kollecinin rəhbərliyi tərəfindən Fəxri fərman və təşəkkürnaməyə layiq görülüb.   Belə ki, 2010 cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Mədəd” humanitar təşkilatı ictimai birliyi tərəfindən təşkil edilmiş İKT-nin “Gələcək üçün Təhsil” təlim kurslarında iştirak edib, “Sertifikat” əldə etmişdir.

2012 -ci  ildə Lənkəran Dövlət Humanitar Kollecinin rəhbərliyi adından Pedaqoji sahədə səmərəli fəaliyyətinə görə “FƏXRİ FƏRMAN” la  təltif olunub. 2013 cü ildə Bizim Nəsil Gənclərin Regional İnkişaf Assosiasiyası İçtimai Birliyi fərəfindən həyata keçirilən “Sənin Səsin –Sənin Seçimin” adlı layihədə iştirak edib “ŞƏHADƏTNAMƏ” əldə etmişdir.  2018-ci ildə TƏHSİL PROBLEMLƏRİ elmi-metodik qəzetinin  № 01-02(1251-1252) 01-07 YANVAR 2018-ci il saylı tirajında  Mənim haqqımda Azərbasycan Jurnalistlər Birliyinin üzvü Zəfər Orucoğlunun “MÜƏLLİM  UCALIĞI” adlı məqaləsi dərc olunmuşdur. 2021/2022-ci il tarixində Lənkəran Dövlət Universitetinin rektoru prof.Natiq İbrahimov cənabları tərəfindən “Təşəkkürnamə” ilə təltif olunmuşdur.  2022/2023-cü tədris ilindən LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin Aqrar-Texnoloji  Şöbə müdiri vəzifəsini icra edir.   28 ildir ki (1994-2022)  pedaqoji sahədə fəaliyyət göstərir və işiylə qürur duyur.

Ailəlidir.İki övladı var.