Riyaziyyat və texnologiya
Riyaziyyat və texnologiya FBK-nın sədri və Metodkabinet rəhbəri Səmədova Mirvari Maşallah qızı.
Səmədova Mirvari Maşallah qızı 1970-ci il ci il fevralın 14-də Lənkəran şəhərində anadan olub.1978-ci ildə Lənkəran şəhər 3 saylı orta məktəbinə daxil olub,1988-ci ildə həmin məktəbi bitirib.1989-1994-cü illərdə Bakı Dövlət Universitetinin mexanika riyaziyyat fakultəsində təhsilini davam etdirib.1994-cü ildə təhsilini ,,riyaziyyatçı,riyaziyyat müəllimi” ixtisası üzrə başa vurub.1995-ci ildə Lənkəran 9 saylı orta məktəbdə riyaziyyat müəllimi kimi işə başlayıb. 1998-ci ildə Lənkəran Dövlət Hümanitar Kollecində riyaziyyat müəllimi işləyir.2005-ci ildə Lənkəran Dövlət Hümanitar Kollecində tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.2008-ci ildə təlim tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyib.Hal- hazırda Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji kollecdə müəllim kimi çalışır.2007-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi ,,gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli pedaqoji fəaliyyətinə”,2008-ci ildə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı ,,ictimai-siyasi həyatında fəal iştirakına”,2009-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi ,,Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi döş nişanı ilə təltiflərlə layiq görülüb.1995-ci ildən ailəlidir.Bir övladı var.
2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Kollecin “Riyaziyyat və texnologiya” FBK-nın müəllimi Salayev Farid Təhmiraz oğlu.
Salayev Farid Təhmiraz oğlu 1982-ci il oktyabrın 15-də Lənkəran rayonu Türkəkəran kəndində anadan olmuşdur. 1989-ci ildə Lənkəran rayonu türkəkəran kənd ümumi orta məktəbinin 1-ci sinfinə daxil olmuş,1998 ci ildə həmin məktəbin 9-cu sinifini bitirmiş, təhsilini Şürük kənd tam orta məktəbində davam etdirmiş, 2000-ci ildə Şürük kənd tam orta məktəbi bitirmişdir. 2000-2002-ci illərdə Həqiqi hərbi xidmətdə olmuşdur. 2003-cü ildə Lənkəran Dövlət Universitetinin “Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı” ixtisasına qəbul olunmuş, 2007- ci ildə bitirmişdir.
Pedaqoji fəaliyyətə 2007-ci ildən Lənkəran Dövlət Humanitar Kollecində – hazırda LDU nəzdində Sosial və Aqrar-Texnoloji-Kollecdə “Fiziki tərbiyə” müəllimi kimi başlamış, 2016- ci ildə kollecin Fiziki tərbiyə rəhbəri və 2021 ci ildən Gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbəri olaraq davam etdirməkdədir.
2005-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
2021-ci ildən 76 saylı Lənkəran-Astara seçki dairəsinin 18 saylı məntəqəsinin sədridir.
Əlaqə: faridsalayev151082@gmail.com
Ailəlidir. 2 övladı var.