Pedaqogika,fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı
Pedaqogika,fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı FBK-nın sədri Salayev Farid Təhmiraz oğlu. Salayev Farid Təhmiraz oğlu 1982-ci il oktyabrın 15-də Lənkəran rayonu Türkəkəran kəndində anadan olmuşdur. 1989-ci ildə Lənkəran rayonu türkəkəran kənd ümumi orta məktəbinin 1-ci sinfinə daxil olmuş,1998 ci ildə həmin məktəbin 9-cu sinifini bitirmiş, təhsilini Şürük kənd tam orta məktəbində davam etdirmiş, 2000-ci ildə Şürük kənd tam orta məktəbi bitirmişdir. 2000-2002-ci illərdə Həqiqi hərbi xidmətdə olmuşdur. 2003-cü ildə Lənkəran Dövlət Universitetinin “Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı” ixtisasına qəbul olunmuş, 2007- ci ildə bitirmişdir.Pedaqoji fəaliyyətə 2007-ci ildən Lənkəran Dövlət Humanitar Kollecində – hazırda LDU nəzdində Sosial və Aqrar-Texnoloji-Kollecdə “Fiziki tərbiyə” müəllimi kimi başlamış, 2016- ci ildə kollecin Fiziki tərbiyə rəhbəri və 2021 ci ildən Gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbəri olaraq davam etdirməkdədir.2005-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.2021-ci ildən 76 saylı Lənkəran-Astara seçki dairəsinin 18 saylı məntəqəsinin sədridir.
Əlaqə: faridsalayev151082@gmail.com
Ailəlidir. 1 övladı var.
Pedaqogika,fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı FBK-nın müəllimi Həbibova Nərminə Əhmədağa qızı. Həbibova Nərminə Əhmədağa qızı 1980-ci il mayın 18-də Lənkəran şəhərində ziyalı ailəsində anadan olmuşdur.1986-cı ildə 3 saylı orta məktəbin I sinfinə getmiş,1997-ci ildə XI sinfi fərqlənmə ilə bitirmişdir.1998—2002-ci illərdə Lənkəran Dövlət Universitetinin Pedaqoji fakültəsinin “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisasını fərqlənmə ilə bitirib, elə həmin il LDU-nun magistraturasına daxil olmuşdur. 2004-cü ildə isə magistr dərəcəsi almışdır.2014-cü ildən Lənkəran Dövlət Humanitar Kollecində müəllim işləyir. Hal-hazırda Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin Pedaqogika və psixologiya fənnlərini tədris edir. Ailəlidir.Bir oğlu və bir qızı var.
Pedaqogika,fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı FBK-nın müəllimi Abbasov Tağı Ağakərim oğlu. Abbasov Tağı Ağakərim oğlu 1981-ci il iyulun 01-də Lənkəran rayonu separadi kəndində anadan olmuşdur. 1987-ci ildə Lənkəran rayonu separadi kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olmuş,1998 ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 1998-ci ildə Lənkəran Dövlət Universitetinin “Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı” ixtisasına qəbul olunmuş, 2002- ci ildə bitirmişdir. 2002-2004-cü illərdə Həqiqi hərbi xidmətdə olmuşdur. 2004-cü il 06 iyul tarixindən Lənkəran rayon hərbi komisarlığında “operator” vəzifəsində işləmişdir. 2010-cu ildə Lənkəran rayon həbi komisarlığı tərəfindən Cəncə şəhərində yerləşən N saylı hərbi hissəyə müddətdən artıq hərbi xidmətə göndərilmiş, 2010-cu ilin sentyabrında hərbi xidməti başa vurmuşdur.Pedaqoji fəaliyyətə 2010-cu ildən Lənkəran Dövlət Humanitar Kollecində – hazırda LDU nəzdində Sosial və Aqrar-Texnoloji-Kollecdə “Fiziki tərbiyə” müəllimi kimi başlamış və hal hazırda davam etdirməkdədir.
2002-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Əlaqə: abbasov100681@gmail.com
Ailəlidir. 3 övladı var.
Pedaqogika,fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı FBK-nın müəllimi Rzayeva Günay Abbas qızı.
Rzayeva Günay Abbas qızı 1981-ci il iyul ayının 8-də Lənkəran şəhərində anadan olmuşdur.1987-ci ildə Lənkəran şəhər 3 saylı orta məktəbin 1-ci sinifinə daxil olmuş və 1998-ci ildə həmin məktəbi bitirmişdir.Elə həmin il Lənkəran Dövlət Universitetinin Pedaqoji fakultəsinin ‘’ibtidai təhsilin pedaqogikası və metodikası” ixtisasına qəbul olunmuşdur.2002-ci ildə Universiteti bitirib.2008-ci ildən Lənkəran Dövlət Humanitar Kollecində müəllim kimi fəaliyyət göstərir.Ailəlidir.Üç Övladı var.
Pedaqogika,fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı FBK-nın müəllimi Cəfərova Nahidə Əlibaba qızı. Cəfərova Nahidə Əlibaba qızı 1978-ci il avqustun 26-da Lənkəran şəhərində anadan olmuşdur. 1985-ci ildə Lənkəran şəhər 1 saylı orta məktəbinə daxil olmuşdur. 1995-ci ildə həmin məktəbi bitirmişdir. Elə həmin ildə Lənkəran Dövlət Universitetinin “Pedaqogika və ibtidai təhsilin metodikası” ixtisasına daxil olmuşdur. 2002-2005-ci illərdə uşaq yaradıcılıq mərkəzində 2005-ci ildən isə Lənkəran Dövlət Humanitar Kollecində “Pedoqogika psixologiya müəllimi kimi fəaliyyət göstərir. Ailəlidir. İki övladı var.