Kimya biologiya

Kimya biologiya

1. Kimya,biologiya və aqrar FBK-nın  sədri Şahverdiyeva İlahə Ədalət qızı.                             Şahverdiyeva İlahə  Ədalət qızı 1971 ci ildə  Lənkəran rayonun Mamusta kəndində anadan olub.1978 -1988 ci illərdə orta təhsil almış, 1989-cu ildə Azərbaycan Pedaqoji Universitetinin “Kimya-Biologiya” fakültəsinə  qəbul olmuş, 1994 cü ildə təhsilini başa vurmuşdur. 1994-2002 ci illərdə Mamusta kənd orta məktəbində müəllim işləmişdir.2003- cü ildən  LDU- nin nəzdində Sosial və Aqrar –Texnoloji Kollecində  kimya müəllimi kimi çalışır.

Ailəlidir, 2 övladı var.

 

 

 

 

 

 

 

2.Kimya,biologiya və aqrar FBK-nın  müəllimi Ramazanlı Zakir Zaid oğlu.                              Ramazanlı Zakir Zaid oğlu 06 oktyabr 1976-cı ildə Lerik rayonunda anadan olmuşdur. 1994-cü ildə Lerik rayonun Hamarat kənd orta məktəbini bitirmişdir. 1998-ci ildə BDU-nun Coğrafiya fakültəsinin “Okeanologiya” ixtisasını bakalavr pilləsi üzrə bitirmişdir. 1998-1999-cü illərdə Lerik rayonu Conu kənd orta məktəbinin direktoru vəzifəsində çalışmışdır. 1999-2001-ci illərdə A.S.Makarenko adına humanitar fənlər təmayüllü gimnaziyasında coğrafiya müəllimi işləmişdir. 2001-2011-ci illərdə Bakı Sənaye Pedaqoji Kollecin coğrafiya və ekologiya müəllimi işləmişdir. 2005-ci ildə BDU-nun Coğrafiya fakültəsinin “İqtisadi və sosial coğrafiya” ixtisasını magistratura pilləsi üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2011-2016-ci illərdə Azərbaycan Müəllimlər İnstitutun “İctimai fənlər” kafedrasında coğrafiya və ekologiya müəllimi işləmişdir. 2017-ci ildə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Elmi Tədqiqat Su Problemləri İnstitutunun Hidrogeoloji tədqiqatlar bölməsinin “Hidrologiya” ixtisasını fəlsəfə doktoru hazırlığı üzrə bitirmişdir. 2020-ci ildə “Kür çayında məcra proseslərinin yaratdığı ekoloji risklərin proqnozlaşdırılması və idarə edilməsi” dissertasiya mövzusunu tamamlamış və ilkin müzakirə üçün Elmi Tədqiqat Su Problemləri İnstitutuna təqdim etmişdir. 2016-2020-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetin Tarix və Coğrafiya fakültəsinin “Ümumi coğrafiya” kafedrasının coğrafiya və ekologiya müəllimi işləmişdir. Hazırda Lənkəran Dövlət Univeresitetinin “Biologiya və ekologiya” kafedrasında 1.0 ştat baş müəllim və LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə 0,5 ştat müəllim vəzifəsində çalışır. 20 elmi əsərin müəllifidir.

Ailəlidir, iki övladı var.

 

 

 

 

 

 

 

 

3. Kimya,biologiya və aqrar FBK-nın  müəllimi Ələskərova Naibə Həbib qızı .                                    Ələskərova Naibə Həbib qızı 1963 cü ildə Lənkəran şəhərində anadan olmuşdur. 1970-1980 ci illərdə orta təhsil almış və 1983 cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Biologiya fakultəsinə daxil olmuş və 1988 – ci ildə bitirmişdir. 1985 ci ildə Lənkəran şəhər 9 saylı orta məkrəbdə biologiya müəllimi işləmişdir. 1998 – ci ildən LDU nəzdində Sosial və Aqrar texnoloji kollecdə biologiya müəllimi işləyir.
Ailəlidir 2 övadı var.

 

 

 

 

 

 

4.Kimya,biologiya və aqrar FBK-nın  müəllimi Kərimova Cəsarət Tahir qızı.                       Kərimova Cəsarət Tahir qızı 1963-cü il 6 yanvarda Lənkəran şəhərində anadan olub.1970-ci ildə Lənkəran şəhəri 3 №-orta məktəbə gedib,1980-cı ildə həmən məktəbi bitirib.1984 cü ildə ADU –ya daxil olub,1988-ci ildə bitirib.1990-cı ildə Lənkəran şəhəri 10 №-li orta məktəbdə Biologiya müəllimi kimi fəaliyyətə başlayıb.2003-cü ildən Lənkəran Dövlət Humanitar Kollecində Biologiya müəllimi kimi fəaliyyətə başlayıb.Hal-hazırda Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə fəaliyyətini davam etdirir.

Ailəlidir iki övladı var.

 

 

 

 

 

 

 

 

Kimya,biologiya və aqrar FBK-nın  müəllimi  Əzizli Nahid Fəxrəddin oğlu                                         4 yanvar 1999-cu ildə Lerik rayon Gendov kəndində anadan olmuşdur. 2005-2016-cı illərdə Lerik rayon Nazim Ağayev adına Bülüdül kənd tam orta məktəbində  təhsil almışdır. 2016-cı ildə Lənkəran Dövlət Universitetinin “Aqrar və mühəndislik” fakultəsinə“Torpaqşünaslıq və Aqrokimya” ixtisası üzrə bakalavirat səviyyəsinə qəbul olmuşdur. 2020-ci ildə bitirmiş,elə həmin il  ”Aqrar və mühəndislik” fakultəsinin “Aqrokimya” ixtisası üzrə Magistratura pilləsinə qəbul olmuşdur. 2022-ci ildə Magistr dərəcəsi almış və təhsil aldığı müddətdə yüksək nəticələr göstərdiyinə  və Universitetin ictimai həyatında fəal iştirakına görə “fərqlənmə” ilə təltif edilmişdir. 4 elmi məqalə və tezisin müəllifidir.

15.02.2022-ci il tarixindən Lənkəran Dövlət Universiteti nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə müəllim vəzifəsində çalışır. Yeni Azərbaycan Partiyasının üzvüdür.

nahidezizli43@gmail.com

5.Kimya,biologiya və aqrar FBK-nın  müəllimi  Hüseynov İbrahim Əhməd oğlu.                         Hüseynov İbrahim Əhməd oğlu  01.01.2000- ci ildə Lerik rayonun Kıncıvo kəndində anadan olmuşdur. 2006-2017- ci illərdə Ə.Musayev adına  Vizəzəmin  kənd tam orta mektebinde təhsil almışdır. 2017-2021 -ci illərdə  LDU- nin “Aqrar və Mühəndislik” fakültəsinin  “Meşəçilik” ixtisasının bakalavr səviyyəsini bitirmişdir.2021-2022 -ci illərdə  N saylı hərbi hissədə hərbi xidmətdən keçmişdir.27.09.2022 – ci  il tarixindən LDU nin nəzdində  Sosial və Aqrar-Texnoloji kollecdə müəllim vəzifəsində isləyir.2018 – ci ildən YAP-sının üzvüdür.