Azərbaycan dili,ədəbiyyat və xarici dillər
Kollecin Azərbaycan dili,ədəbiyyat və xarici dillər FBK-nın sədri Bəşirova Ülkər Rafail qızı. Bəşirova Ülkər Rafail qızı 1975-ci il yanvarın 17-də Lənkəran şəhərində anadan olmuşdur.1982-ci ildə Lənkəran şəhər 5 saylı orta məktəbin 1-ci sinfinə daxil olmuş, 1992-ci ildə Lənkəran şəhər 2 saylı orta məktəbi bitirmişdir. Həmin ildə Lənkəran Dövlət Universitetinin Filiologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasına qəbul olunmuş, 1997 –ci ildə LDU-nu bitirmişdir. 1994 –cü il Lənkəran şəhər 6 saylı məktəbdə müəllim kimi pedaqoji fəaliyyətə başlayıb.2004-cü ildən Lənkəran Pedaqoji Texnikumunda – hazırda LDU nəzdində Sosial və Aqrar-Texnoloji-Kollecdə pedaqoji fəaliyyətini Azərbaycan dili və ədəbiyyat müəllimi kimi davam etdirir.
2002-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 2 övladı var.
Kollecin Azərbaycan dili,ədəbiyyat və xarici dillər FBK-nın müəllimi Babayeva Xəyalə Əlihüseyn qızı.
Babayeva Xəyalə Əlihüseyn qızı 12.06.1984-cü ildə Azarbaycan Respublikası Lənkəran rayonu Şağlaser kəndində anadan olub. 1990-ci ildə Lənkəran şəhər 10 saylı tam orta məktəbinin 1-ci sinifinə gedib. 6-cı sinifdən ailənin Rusiya Federasiyası Volgograd vilayətinə köçməsi ilə əlaqədar orta təhsilini orada davam edib və 11-ci sinfi Volgograd şəhəri 13 saylı tam orta məktəbində başa vurub. 2002-ci ildə Rusiya Federasiyası Volqoqrad Dövlət Pedaqoji Universitetinə daxil olub və 2009-cu ildə həmin Universiteti Ingilis dili müəllimliyi ixtisası üzrə bitirib. 2003 – cü ildə aile qurub, 2 övladı var. İlk işi 2002-ci ilde Volqoqrad vilayətində bitirdiyi 13 saylı tam orta məktəbdə pioner məsləhətçisi olub,daha sonra 2005-2010 cu ildə həmin şəhərdə şirkətdə satış meneciri işləyib. 2013-2015 ci ildə isə Volqoqrad şəhərində 13 saylı tam orta məktəbdə ingilis dili müəllimi kimi çalışıb. Hal hazırda isə Lənkəran Dövlət Universiteti nəzdində Aqrar və Sosial Texnoloji Kollecində ingilis dili müəllimi kimi fəaliyyət göstərir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.