İnstrumental ifaçılıq və vokal
Kollecin İnstrumental ifaçılıq və vokal FBK-nın sədri Əliyev İlqar Təriş oğlu. İlqar Əliyev Təriş oğlu 13 avqust 1964-ci ildə Lənkəran şəhərində anadan olub. 1979-cu ildə Lənkəran şəhər 2-saylı orta məktəbin 8-sinfini və həmən ildə Lənkəran şəhər C.Cabbarlı adına uşaq musiqi məktəbini 5-illik təhsillə kamança ixtisası üzrə başa vurduqdan sonra 1979-cu ildə Lənkəran musiqi texnikumunun xalq calğı alətləri şöbəsinə Kamança ixtisası üzrə qəbul olub.Uşaq musiqi məktəbində təhsil aldığı illərdə Azərbaycan Respublikasında uşaq musiqi məktəbləri üzrə keçirilən “Bahar”-79 müsabiqəsinin diplomantı olub.1979 cu ildə Lənkəran Musiqi texnikimunun Xalq çalğı alətləri şöbəsinə Kamança ixtisası üzrə qəbul olub.1983-cü ildə Lənkəran Musiqi texnikumunu xalq çalğı alətləri “kamança”ixtisası üzrə müvəffəqiyyətlə bitirib.
1983-cü ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq çalğı alətləri fakültəsinə (əyani) daxil olub.1984-cü ildə ali məktəbin I-kursunu bitirdikdən sonra hərbi xidmətə çağrılıb.1986 –cı ildə hərbi xidməti başa vurduqdan sonra Konservatoriyanın II- kursunda təhsilini davam etdirib.1990-cı ildə Ü.Hacıbəyov adına azərbaycan Dövlət Konservatoriyasının xalq çalğı alətləri kafedrasını 5-illik təhsillə başa vuraraq “Konsert ifaçısı”,Orkestr rəhbəri,(Konsert ifaçısı, Artist),Ansambl rəhbəri,müəllim ixtisasını alıb.36-illik müəllimlik fəaliyyəti var.1986-ci ildən Lənkəran Musiqi texnikimunda ixtisaım üzrə müəllim vəzifəsində çalışır. İlqar Əliyev Təriş oğlu hal hazırda Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecində Musiqi ixtisası “Instrumental ifaçılıq və vokal”fənn birləşməsinin sədri və müəllim vəzifəsində çalışır.
Ailəlidir. İki övadı var.
Kollecin İnstrumental ifaçılıq və vokal FBK-nın müəllimi Axundova Sədaqət Həbib qızı.
Axundova Sədaqət Həbib qızı 1966-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. Orta məktəblə yanaşı Uşaq Musiqi Məktəbində (UMM) də təhsil almışdır. 1981-ci ildə 6 nömrəli orta məktəbin 9-cu, C.Cabbarlı adına UMM-nin 7-ci sinfini bitirmişdir. Elə həmin il Lənkəran Musiqi texnikumunun fortepiano şöbəsinə daxil olmuşdur. 1985-cü ildə oranı bitirib Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Musiqi Akademiyasının xor dirijorluğu fakultəsinə qəbul olmuşdur. 1990-cı ildə oranı müvəffəqiyyətlə bitirib C.Cabbarlı adına UMM –də müəllimlik fəaliyyətinə başlamışdır. Burada işlədiyi müddətdə Lənkəran Musiqi texnikumuna (indiki LDHK) dəvət olmuşdur. 1993-cü ildən texnikumda tam ştat müəllim kimi fəaliyyətini davam etdirmişdir. 8 il texnikumda “Pedaqoji təcrübə fənn birləşməsi”nin sədri vəzifəsində çalışmışdır. Hal –hazırda Lənkəran Dövlət Humanitar kollecində “Musiqi nəzəriyyəsi və xor dirijorluğu” fənn birləşməsində müəllim kimi fəaliyyət göstərir. “Dirijorluq”, “Fortepiano”, “Musiqinin elelmentar nəzəriyyəsi”, “Musiqi ədəbiyyatı”, və “Xor partiturasının üzdən oxunuşu” fənnlərindən dərs deyir.
İşlədiyi bu illər ərzində kollecin ictimai-siyasi həyatında yaxından iştirak etmiş, Respublika müsabiqələrinə tələbə hazırlamış və iştirak etmişdir. Rayon tədbirlərində, konsertlərdə iri həcmli xorlarla çıxış etmişdir. Kollecin ictimai həyatında və təhsilin inkişafında xidmətlərinə görə kollecin rəhbərliyi tərəfindən Fəxri Fərmana layiq görülmüşdür. 2012 –ci ildə “Xor partiturasının üzdən oxunuşu” fənninin proqramını və 2015-ci ildə elektron dərsliyini hazırlamışdır. 2016 cı ildə 5 oktyabr “Beynəlxalq Muəllim günü münasibətilə və təhsilin inkişafında səmərəli fəaliyyətinə görə Lənkəran Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanına layiq görülmüşdür. 2018-ci ildə Musiqi nəzəriyyəsi fənni üçün “Metodika“ fənninin və “Xor partiturasının üzdən oxunuşu” fənninin yeni qrif- proqramını tərtib etmişdir. Bundan başqa, “L.V.Bethovenin 5-ci simfoniyasına səyahət” və “Oxuma mədəniyyəti-nəfəsalma mədəniyyəti” adlı iki metodiki iş yazmışdır.
Ailəlidir. İki övladı var.
Əlaqə nömrəsi: 050-380-96-92
e-mail:akh.seda66@mail.ru