Lənkəran Dövlət Humanitar Kollecində müstəqillik gününə həsr edilmiş açıq dərs keçirilib

Lənkəran Dövlət Humanitar Kollecində müstəqillik gününə həsr edilmiş açıq dərs keçirilib

Artıq Lənkəran Dövlət Humanitar Kollecində əlamətdar günlər və bayramların müxtəlif formatlarda keçirilməsi ənənə halını almışdır.

Belə ki, bugün 18 oktyabr “Dövlət müstəqilliyi günü” münasibəti ilə kollecin “Azərbaycan dili və ədəbiyyatı” FBK-nın müəllimi Nuranə Əsgərovanın açıq dərsi keçirildi. “Məktəbəqədər təlim və tərbiyə” ixtisasının II kursunda “Azərbaycan dili və nitq mədəniyyəti” fənninin mövzusu “Nitq metodikliyi” olsada açıq dərs müstəqillik gününə həsr olundu. Dərs dövlət himninin ifasıyla başladı. Müəllimə Nuranə Əsgərova dövlət müstəqilliyinin yaranması tarixindən ətraflı danışdıqdan sonra Müstəqil Azərbaycanın dayanıqlı inkişafına həsr olunmuş sənədli film nümayış olundu. Dərs tələbələrin fəal iştirakı və müasir təlim texnologiyalarının tətbiqi ilə keçirildi. Açıq dərsdə kollecin tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Rzayeva, Pedaqoji şöbə müdiri Bəyəli Rüstəmov, FBK sədri Nahidə Cəfərova, psixoloq Zülfiyyə Əliyeva, müəllimlərdən Əbdül Hüseynov, t.ü.f.d. Cəmil Quliyev, Məsmə Mikayılova iştirak edirdilər. Tələbələrdən Elnarə Miriyeva, Fatimə Babazadə, Aidə Vəlizadə, Şəhrun Əliyeva, Zəhra Məhərrəmova, Şahsənəm Həbibzadə və başqaları fərqləndilər.

 

Bir cavab yazın