Müavinlər

Müavinlər

Kollecin tədris işləri üzrə direktor müavini vəzifəsini icra edən Həbibi Həbib Məmməd oğlu
Həbibi Həbib Məmməd oğlu 13.08.1992-ci il tarixində Lənkəran Rayon Kərgəlan kəndində anadan olmuşdur. 2009-cu ildə Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat” ixtisasına daxil olmuş və 2013-cü ildə bu ixtisası bitirmişdir. 2017-ci ildə Lənkəran Dövlət Universitetinin “Aqrar sahənin iqtisadiyyatı” ixtisasına daxil olmuş və 2019-cu ildə bu ixtisası bitimişdir. 2015-ci ildən Lənkəran Dövlət Humanitar Kollecdə müəllim kimi çalışmağa başlamışdır. 2023-cü ildən Tədris işləri üzrə direktor müavini vəzifəsini icra edir.

Kollecin tərbiyə işləri  üzrə direktor müavini Rzayeva Ülviyyə Əlihüseyn qızı.

Rzayeva Ülviyyə Əlihüseyn qızı 1969-cu il may ayının 8-də Lənkəran Şəhərində anadan olmuşdur.1976-cı ildə Lənkəran şəhər 2 saylı orta məktəbin 1-ci sinifinə daxil olmuş və 1986-cı ildə həmin məktəbi bitirmişdir.1986-cı il sentyabr ayından,1987-ci il iyun ayına kimi Lənkəran konserv kombinatında fəhlə işləmişdir.1987-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər instituna daxil olmuşdur.1992-ci ildə həmin institun “İngilis və fransız dili müəllimi” ixtisasını bitirmişdir.Həmin il Lənkəran şəhər 7 saylı orta məktəbində ixtisası üzrə müəllim işləmişdir.2000-ci ildən isə əsas müəllim kimi fəaliyyətə başlamışdır.İşlədiyi müddət ərzində kollecin ictimai işlərində fəal iştirak etmişdir.Yapın  üzvüdür.2012-ci ilin oktyabr ayından kollecin tərbiyyə işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır.Kollecin rəhbərliyi tərəfindən 30 dekabr 2012-ci il tarixində “Fəxri Fərmanla” təltif olunmuşdur.

Ailəlidir,iki övladı var.