Xarici dillər

Xarici dillər

Kollecin “Xarici dillər” FBK-nın sədri Sadıxova Almas Vəkil qızı
Sadıxova Almas Vəkil qızı, 25 dekabr 1960 –ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1968 –cı ildə Lənkəran şəhər 4 saylı orta məktəbinə daxil olmuş, 1978-ci ildə həmin məktəbi bitirmişdir. 1979-cu ildə M.F.Axundov adına Rus dili və Ədəbiyyat ixtisasına daxil olmuş, 1984 –ci ildə həmin ixtisası əlaçılıq diplomu ilə bitirmişdir. 1984-cü ilin sentyabr ayından Lənkəran şəhər 1 saylı orta məktəbində müəllim kimi fəaliyyət göstərib. 2007-ci ildən Lənkəran Dövlət Humanitar Kollecində işləmişdir. Hal-hazırda LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Xarici dillər” FBK-nın sədridir.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir. İki övladı var.

Kollecin “Xarici dillər” FBK-nın müəllimi Şabanova Nüşabə Ədalət qızı

Şabanova Nüşabə Ədalət qızı 1969-cu il oktyabrın 18-də Lənkəran rayonunun Mamusta kəndində anadan olmuşdur. 1976-ci ildə Mamusta kənd orta məktəbinə daxil olmuş, 1986-ci ildə həmin məktəbi bitirmişdir. 1987-ci ildə Azərbaycan Rus dili və Ədəbiyyatı institutunun rus dili müəllimi fakultəsinə daxil olmuş, 1992-ci ildə həmin institutu bitirmişdir.
1992-2007-cü illərdə Mamusta kənd orta məktəbində rus dili müəllimi işləmişdir. 2007-ci ildən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə müəllim kimi fəaliyyət göstərir.
Ailəlidir, 2 övladı var.

Kollecin “Xarici dillər” FBK-nın müəllimi Muradova Maya Əlisa qızı
Muradova Maya Əlisa qızı 02 may 1986-cı ildə Lənkəran şəhərində anadan olmuşdur. 1992-ci ildə Lənkəran rayon Sütəmurdov kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 2003-cü ildə həmin məktəbin on birinci sinfini bitirmişdir. 2003-2007-ci İllərdə Azərbaycan Beynəlxalq Universitetinin İngilis dili (filologiya) ixtisası üzrə təhsil alıb. 2007-2009-cu illərdə Lənkəran Tibb Kollecində ingilis dili müəllimi kimi çalışıb. 2009-cu ildən bu günədək LDU-nun nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə ingilis dili müəllimi, eyni zamanda kollecin psixoloqu, kompüter operatoru kimi fəaliyyət göstərib. 2023-cü ildə Lənkəran Dövlət Universitetinin Xarici dilin tədrisi metodikası və metodologiyası (ingilis dili) ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. Hazırda Kollecin təhsil sənədləri üzrə mütəxəssisi və ingilis dili müəllimidir.
Ailəlidir, bir övladı var.