Azərbaycan xalqının ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİN anadan olmasının 93-cü il dönümü ilə əlaqədar olaraq tədbir keçirildi

Azərbaycan xalqının ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİN anadan olmasının 93-cü il dönümü ilə əlaqədar olaraq tədbir keçirildi

06.05.2016-cı il tarixində, Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən Kollecin direktoru Ruslan Həmidov ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən danışdı. Bildirdi ki, ÜMUMMİLLİ LİDERİ mənsub olduğu xalqa bəxş edən günün özü də ümummilli önəm daşıyır. Milli dövlətçiliyin inkişafını və qüdrətlənməsini təmin edən tarixi şəxsiyyətin həyatı və fəaliyyəti bu tarixin özü ilə eyniləşir, bu dövrün başlıca mahiyyətini təşkil edir. Heydər Əliyev çağdaş Azərbaycanın tarixinin yönünü və məzmununu müəyyən etməklə zamanın fövqünə yüksəlib, əbədiyyət qazanıb. O, xalqının taleyində dönüş yaradaraq ölkəsini tənəzzüldən tərəqqiyə qovuşdurub. Ulu öndərin Azərbaycan xalqına göstərdiyi xidmətlər o qədər böyük və əhəmiyyətlidir ki, onun qiyməti və çəkisi zaman keçdikcə daha aydın və dəqiq görünür. Heydər Əliyevin idarəçilik istedadı, tükənməz enerjisi və misilsiz işgüzarlığı 1982-ci ildən SSRİ-nin dövlət başçılarından biri kimi fəaliyyət göstərdiyi və irimiqyaslı layihələrə rəhbərlik etdiyi vaxtlarda da özünü xüsusilə parlaq surətdə təzahür etdirmişdir. Həmin dövrdə Heydər Əliyev fenomeni Ümumittifaq miqyasında etiraf olunurdu. O, ölkədə baş verən ən ekstremal vəziyyətlərin aradan qaldırılmasının bilavasitə iştirakçısı olması sayəsində dövlətin ən nüfuzlu Siyasi xadimlərindən birinə çevrilmişdi. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı, Siyasi Büronun üzvü olduğu 1982-1987-ci illərdə də Heydər Əliyevin qəlbi Azərbaycanla, Azərbaycan üçün döyünmüşdür. Təsadüfi deyil ki, ümummilli liderin 1993-cü ildə hakimiyyətə yenidən qayıdışı ilə milli birliyin təmin edildiyi günü xalq özünün əsl xilaskarının şərəfinə Azərbaycanın ən yeni tarixinə Milli Qurtuluş günü kimi yazmışdır. Həmin gündən etibarən ümummilli liderin Azərbaycana rəhbərliyinin ikinci dövrü – yeni missiya başlanmışdır. Heydər Əliyev xalqımızın və dövlətçiliyimizin tarixində, əgər bir sözlə ifadə etmək mümkünsə, məhz Xilaskar missiyasını yerinə yetirmişdir.

Ulu öndər hər zaman deyirdi: “Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Biz də fəxr edirik ki, ulu öndərimizin əmanəti olan, onun ideyalarını yaşadan, inkişaf etdirən, gündən-günə müasirləşdirən Azərbaycanın, ən əsası güclü dövlətçilik təməli olan bir ölkənin vətəndaşlarıyıq. Bu xoşbəxtliyi bizə bəxş edən Ulu Öndər Heydər Əliyevə əbədi minnətdarıq və qəti əminik ki, dahi öndərimizin ideyaları neçə-necə gələcək nəsilləri yüksək ideallar uğrunda mübarizəyə ruhlandıracaqdır.

Daha sonra tədbirdə kollecin tarix müəllimi Cəmil Quliyev və kollecin TGT – nin sədri Eyyub Məmmədov çıxış etdi.

1

50

51

 

Bir cavab yazın