Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93 -cü il dönümünə həsr edilmiş rəsm və əl işlərindən ibarət sərgi təşkil edildi

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93 -cü il dönümünə həsr edilmiş rəsm və əl işlərindən ibarət sərgi təşkil edildi

06.05.2016 -cı il tarixində,  Milli Qəhrəman Əsgər Əliyev adına parkda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93 -cü il dönümünə həsr edilmiş rəsm və əl işlərindən ibarət sərgi təşkil edildi. Tədbirin məqsədi Gənclər siyasəti haqqında Azərbaycan Respublikası qanunveiciliyində əksini tapmış müddəalara əsasən istedadlı gənclərin ( təhsil, elm, texnika, mədəniyyət, idman və digər sahələrdə ) aşkar olunması və onların yaradıcılıq imkanlarının inkişaf etdirilməsi idi.

Lənkəran şəhər Gənclər və İdman İdarəsi ilə birgə təşkil edilən tədbirdə Lənkəran Dövlət Humanitar Kollecinin “Təsviri incəsənət müəllimliyi”, “Fiziki tərbiyə müəllimliyi” ixtisasları üzrə təhsil alan tələbələri və əməkdaşları iştirak edirdilər. Sərgidə kollecimizin tələbələri Maliyeva Sevin, Abdullayeva Günay, Ələsgərli Aytac, Abbaszadə Nəzmiyyə, Əbdülrəhimli Aytac, Əsədullazadə Şəms, Kazımzadə Leyla, İsmayılova Rəna, Əhmədova Ramilə, Məmmədova Lalə, Nəzərova Xədicə və kollecimizin əməkdaşı Məmmədzadə Jalə Lənkəran şəhər Gənclər və İdman İdarəsi tərəfindən xüsusi diplomlarla təltif olundular.

1 11 10 9 8 7 6 5 4 3 2

 

Bir cavab yazın