Kollecimizin tələbəsi Respublika ifa müsabiqəsinin qaliblərindən biri oldu

Kollecimizin tələbəsi Respublika ifa müsabiqəsinin qaliblərindən biri oldu

Mayın 20-də ilk peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilən Respublika ifa müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.

Müsabiqənin keçirilməsində əsas məqsəd ilk peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələrinin asudə vaxtını səmərəli təşkil etmək, xüsusi istedada malik olan gəncləri üzə çıxarmaq, gənc nəslin milli-mənəvi estetik tərbiyəsini yüksəltməkdən ibarətdir.

Fevralın 1-dən start verilən müsabiqə 3 mərhələdə keçirildi. I mərhələnin  iştirakçıları ilk peşə və orta ixtisas təhsili müəssisələrində yaradılmış münsiflər heyəti tərəfindən müəyyənləşdirildi. II mərhələ – zona mərhələsi respublikanın şəhər və rayonlarında keçirildi. 49 ilk peşə və 33 orta ixtisas təhsili müəssisəsinin qatıldığı bu mərhələ Gəncə, Lənkəran, Qəbələ, Ağcabədi, Şamaxı, Sumqayıt, Şirvan və Bakı şəhərində təşkil edildi. 670 nəfərin iştirak etdiyi zona mərhələsində birinci, Bakı şəhərində isə birinci və ikinci yeri tutan 61 şagird və tələbə respublika mərhələsində iştirak etdi. Müsabiqənin respublika mərhələsinə aprelin 28-də yekun vurulub. Respublika mərhələsində 23 nəfər birinci, 12 nəfər ikinci, 18 nəfər üçüncü yeri qazandı.

Müsabiqə mahnı, təsnif və xalq mahnıları, şeir və rəqs olmaqla, 4 nominasiya üzrə keçirildi.

Qaliblər Təhsil Nazirliyinin diplomu və qiymətli hədiyyələri ilə mükafatlandırıldı. Lənkəran Dövlət Humanitar Kollecinin musiqi şöbəsinin tələbəsi Veysəlova Nəzakət Kamil qızı  “Mahni nominasiyası” üzrə III yerə laiq görüldü.

01-21.05.16-9 3 2 01-21.05.16-2 1

Bir cavab yazın