Diplomqabağı təcrübələrin yekun konfransı keçirildi

Diplomqabağı təcrübələrin yekun konfransı keçirildi

03.06.2016 ci il tarixində Lənkəran Dövlət Humanitar Kollecinin akt zalında buraxılış kurs tələbələrinin diplomqabağı təcrübələrinin yekun konfransı keçirildi. Korfransı giriş nitqi ilə açan kollecin direktoru Ruslan Həmidov təcrübələrin əhəmiyyəti, mütəxəssiz hazırlığı prosesində zəruruliyi barədə məlumat verərək bu il aparılan təcrübələrdə qazanılan uğurlar və müşahidə edilən nöqsanlar haqqında tələbə və metodistləri ətraflı məlumatlandırdı.  Sonra söz kollecin təcrübə rəhbəri Sevər Əhmədovaya verildi. Təcrübə rəhbəri bildirdi ki, bu il kollecin ‘‘İbtidai sinif müəllimliyi‘‘, ‘‘Təsviri incəsənət müəllimliy‘‘, ‘‘Texnologiya müəllimliyi‘‘, ‘‘İnformatika müəllimliyi‘‘, ‘‘Fiziki tərbiyə müəllimliyi‘‘ixtisasları üzrə  təhsil alan sonuncu kurs əyani  şöbəsinin 149 tələbəsi, 06 aprel 2016-cı il tarixindən  31 may  tarixinədək 8 həftəlik diplomqabağı təcrübədə iştirak etmişlər. Kollecdə ilk dəfə olaraq kredit sistemi ilə təhsil aparılan  ‘‘Arxiv işi və kargüzarlıq‘‘ ixtisaslarında  13 tələbə 02 may tarixindən 31 may tarixinədək 4 həftəlik, ‘‘Mühasıbat uçotu‘‘  ixtisası üzrə isə 20 tələbə 11 aprel tarixindən 03 iyun tarixinədək   7 həftəlik təcrübədə oldular. Qiyabi şöbədə  ‘‘İbtidsi  sinif müəllimliyi‘‘, ‘‘Yol hərəkətinin təşkili‘‘, ‘‘Arxiv işi və kargüzarlıq‘‘, ‘‘Xalq çalğı alətləri”, “Musiqi nəzəriyyəsi”, “İnstrumental ifaçılıq (fortepiano)‘‘ ixtisasları üzrə təhsil alan  buraxılış kurs tələbələri isə 02 may tarixindən 31 may tarixinədək  53 tələbə olmaqla 4 həftəlik diplomqabağı  təcrübədə  iştirak etdilər. Bu təcrübələr şəhərin müxtəlif tədris ocaqlarında, idarə və təşkilatlarında- Lənkəran şəhər 2 və 4 saylı tam orta məktəblərində, Azərbaycan Respublikası Dövlət Arxivinin Lənkəran filialında, Lənkəran peşə liseyi və Lənkəran şəhər Cəfər Cabbarlı adına 1 saylı uşaq musiqi məktəbində keçirildi. Təcrübə rəhbəri fürsətdən istifadə edərək keçirilən təcrübələr üçün yaxşı şərait yaratdıqlarına görə bu müəssələrin rəhbərlərinə təşəkkürünü bildirdi. Sonra 4 nəfər tələbənin təcrübədə iştirak  etməməsi, metodist, psixoloq və pedaqoqların fəaliyyəti, sınaq dərslərinin təhlili, icmalların tərtibi və s. haqqında ətraflı məlumat verərək hesabatını tamamladı. Konfransda təcrübəci tələbələrdən, metodist və pedaqoqlardan bir necəsi çıxış edərək təcrübələrin yaxşı təşkilinə görə minnətdarlıqlarını bildirərək,  müəyyən irad və tövsiyyələrini bildirdilər. Sonda direktor Ruslan Həmidov gələcəkdə təcrübələrin daha da səmərəli kecirilməsi üçün metodik tövsiyyələr və əməli tapşırıqlar verərək konfransı bağlı elan etdi.

 

c2

b1

c1

Bir cavab yazın