Azərbaycan Respublikasının xalq artisti Ağacəbrayıl Abasəliyev ilə görüş keçirildi

Azərbaycan Respublikasının xalq artisti Ağacəbrayıl Abasəliyev ilə görüş keçirildi

21.06.2016 cı il tarixində Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Ağacəbrayıl Abasəliyev ilə Lənkəran Dövlət Humanitar Kollecinin musiqi şöbəsinin tələbələrinin  görüşü keçirildi. Tədbiri giriş sözü ilə açan kollecin musiqi şöbəsinin müdiri Fikrət Kərimli Ağacəbrayıl Abasəliyevin həyat və yaradıcılığı haqqında ətraflı məruzə etdi. Sonra kollecin direktoru Ruslan Həmidov dəvəti qəbul edib cari tədris ilində buraxılış kurs tələbələrinin Dövlət İmtahan Komissiyasının sədri təyin olunmasını qəbul etdiyinə və  tələbələrlə görüşə vaxt ayırdığına görə dəyərli sənətkara minnətdarlığını bildirdi. Söz xalq artisti Ağacəbrayıl Abasəliyevə verildi. Ağacəbrayıl müəllim öz yaradıcılığı və  fəaliyyəti haqqında görüş iştirakçılarına qısa məlumat verdikdən sonra tələbə və müəllimləri maraqlandıran sualları  cavablandırdı və içtirakçıların xahişilə bir neçə musiqi ifa etdi. Sonda əvəzolunmaz kamança ifaçısı ilə xatirə şəkili çəkildi.
IMG_4350 1 2

One thought on “Azərbaycan Respublikasının xalq artisti Ağacəbrayıl Abasəliyev ilə görüş keçirildi

Bir cavab yazın