“Bilik Günü”nə həsr olunmuş təntənəli tədbir keçirildi

“Bilik Günü”nə həsr olunmuş təntənəli tədbir keçirildi

15 sentyabr 2016-cı ildə Lənkəran Dövlət Humanitar Kollecində “Bilik Günü”nə həsr olunmuş təntənəli tədbir keçirildi. Tədbiri kollecin direktoru Ruslan Həmidov açıq elan etdi və dövlət himni oxundu. Direktor  giriş nitqində bu gün ölkənin hər bir təhsil ocağında təntənəli şəkildə qeyd olunan “Bilik Günü” münasibətilə kollec əməkdaşlarını, tələbələri və xüsusilə də bu il qəbul olunan tələbələri və onların valideynlərini təbrik etdi və onlara təhsildə və əmək fəaliyyətlərində uğurlar arzuladı. Ölkədə gedən genişmiqyaslı  quruculuq işlərindən və dayanıqlı iqtisadi inkişafdan danışan direktor qeyd etdi ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən  davamlı təhsil siyasətinin uğurlu nəticəsidir ki,  yeni tədris ilində ölkə üzrə 29 yeni məktəb istifadəyə verilib. 101 məktəbdə əsaslı , 384 məktəbdə cari təmir işləri aparılıb. Böyük sevinc və qürur hissi ilə qeyd etmək istəyirəm ki, sadaladığm bu quruculuq və yenidənqurma işlərinin kişik bir nümunəsi olaraq Kollecimizin də 3 saylı tədris korpusunda müasir tipli istilik sistemi qurulub,  2-ci mərtəbəsi əsaslı, 1-ci mərtəbəsi isə cari təmir olunaraq bu gün tələbələrimizin istifadəsinə verilir. Artıq tələbələrimiz müasir standartlara uyğun təmir olunmuş, istilik sistemi, yanğın təhlükəsizliyi sistemi və internetlə təchiz olunmuş geniş, işıqlı, yaraşıqlı auditoriya və laboratoriyalarda dərs keçəcəklər. Sonra Pedaqoji şöbənin müdiri Bəyəli Rüstəmov, Musiqi və təsviri incəsənət şöbəsinin müdiri Fikrət Kərimli, müəllimEsmira Şükürova, valideyn Rəvvaq Məmmədov və bu il kollecə yüksək bal toplayaraq qəbul olunmuş tələbə Məhbub Xəlilov çıxış edərək yeni tədis ilinin başlanması və “Bilik Günü” münasibətilə tələbə və müəllimləri təbrik etdilər və yaradılan bu gözəl şəraitə görə Dövlət başçısına minnətdarlıqlarını bildirdilər.

Ənənəvi olaraq tədbirin sonunda  qəbul imtahanlarında yüksək bal toplayaraq kollecə qəbul olunmuş bir neçə tələbəyə  tələbə bileti və qiymət kitabçaları təntənəli surətdə təqdim olundu.

dsc_0140 dsc_0147 dsc_0149dsc_0150 dsc_0152 dsc_0162dsc_0166dsc_0168dsc_0171dsc_0174 dsc_0178

 

Bir cavab yazın